Abşerondakı sovxozların 586 hektar ərazisi ilə bağlı 8 milyon manatlıq sifariş
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Abşeron yarımadasında 586 hektardan çox ərazini suvarma suyu ilə təmin edəcək.
Marja xəbər verir ki, Müdriyyət, "Abşeron rayonunun ərazisi üzrə - Qala qəsəbəsi 3 nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu, Hövsan Zeytunçuluq Sovxozu və Abşeron Quşçuluq Sovxozunun əraziləri olmuş 500,44 ha sahənin suvarma suyu ilə təminatını layihələndirib - tikinti işlərinin satın alınması" və "Xətai rayonu 2 saylı Zığ Zeytunçuluq Savxozunun ərazisində yerləşən 86,44 ha bağ sahəsinin suvarma suyu ilə təminatını layihələndirib - tikinti işlərinin satın alınması" ilə bağlı tenderləri yekunlaşdırıb.
Tenderlərdə qalib şirkət “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Körpü-Bina-Tikinti” şirkətilə məbləği 5 milyon 900 min 113 manat və 2 milyon 100 min 22 manat olan müqavillər imzalayıb (cəmi təxminən 8 milyon manatlıq müqavilələr).
Həmçinin Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” ilə əlaqədar keçirdiyi müsabiqəni yekunlaşdırıb. Qalib şirkət "Aztikintiservis" Məhdud Məsuliyyətli Cəmiyyətidir. "Aztikintiservis" şirkəti ilə məbləği 2 milyon 413 min manat olan müqavilə imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)














.jpg)


