Çindəki etirazlar bazarları sarsıtdığı üçün neft son 11 ayın minimum səviyyəsinə düşdü
Brent markalı neftin qiyməti yanvarın 11-dən bəri ilk dəfə bir barel üçün 82 dollardan aşağı düşüb.Dünyanın ən böyük xam neft idxalçısı olan Çinin bir sıra böyük şəhərlərində karantin tədbirlərinə qarşı etirazlar ilə əlaqədar olaraq narahatlıqların artması nəticəsində neft qiymətləri bazar ertəsi günü təxminən son 11 ayın ən aşağı səviyyəsinə düşüb.
Marja xəbər verir ki, Brent neftinin fyuçersləri 2,8% azalaraq barreli 81,29 dollara, Qərbi Texas markalı neftin fyuçersləri 3% azalaraq barreli 74,02 dollara düşüb (Bakı vaxtı ilə saat 08:07-yə olan məlumat). Hər iki müqavilə keçən həftə kəskin geriləyib və hazırda yanvarın əvvəlindən bəri ən aşağı səviyyədə ticarət edilir.
Həftə sonu Çinin bir neçə böyük şəhərində vətəndaş iğtişaşları başlayıb. Mülki vətəndaşlar ölkənin sərt sıfır-COVID siyasətindən narazılıqlarını ifadə etmək üçün küçələrə çıxıblar.
Etirazlar, son iki ay ərzində tətbiq edilən yeni COVID məhdudiyyətlərdən sonra baş verir, çünki Çin bir daha rekord səviyyəli gündəlik yoluxma faktları ilə mübarizə aparır. Bu, həm də dünyanın ən böyük neft idxalçısında tələbin zəifləməsi proqnozu ilə xam neft bazarlarını sarsıdır.
Ölkənin xam neft idxalı bu il azalıb. Çinin neft ixrac kvotalarını artması da yerli istehlakın zəif olduğun işarədir.
Son etirazlar həm də on il əvvəl prezident Xi Jinping hakimiyyətə gəldikdən bəri Çində nadir hallarda müşahidə olunan vətəndaş itaətsizliyidir. Çin hökumətinin ciddi karantin tədbirləri bu il iqtisadi artımı zəiflədib.
Qiymətlər idxalçılar Çin və Hindistanın Rusiyadan ciddi endirimlər ilə xam neft almalarının təzyiqi altındadır.Qərb ölkələri isə Moskvanın neft ixracına qiymət tavanı (məhdudiyyət) tətbiq etməyə çalışır.
Təchizat tərəfində diqqət indi Neft İxrac Edən Ölkələr Təşkilatının və onun müttəfiqlərinin (OPEC+) bu həftənin sonunda keçiriləcək görüşünə yönəlib. Oktyabr ayında kartel gündəlik hasilatın 2 milyon barel azaldılacağını elan edib və neft qiymətlərini dəstəkləmək üçün daha çox belə addımlar atacağını vəd edib. Qiymətlərin OPEC+un oktyabr qərarına təkan verən səviyyələrdən xeyli aşağı olduğunu nəzərə alsaq, kartel hasilatı daha da azalda bilər.
Neft qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək aylarda faiz dərəcələrini daha yavaş artıracağına dair artan gözləntilər fonunda dolların son ucuzlaşmasından bir qədər rahatlayıb. Bu ssenari, çox güman ki, ABŞ-ın iqtisadi artımının yavaşlaması ilə bağlı narahatlıqları da azaltmağa kömək edəcək.
Qeyd edək ki, COVID etirazları fonunda Çin səhmləri və yuan ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
11 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
12 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib





















.jpg)




