Azərbaycanda 6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyə qədər 6 KOB subyektinə aqrar sahə ilə bağlı startap şəhadətnaməsi verib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair konfransda bildirib.
“Agentliyimizin verdiyi startap şəhadətnamələri vasitəsilə sahibkarlar 3 il müddətində vergi güzəşti əldə edirlər. Aqrar sektor gündəlik həyatımızda əhəmiyyətli rol oynayır və bu, sektorun malik olduğu və davamlı olaraq artan çoxşaxəli funksiyaları ilə izah olunur. Aqrar sektor ərzaq təminatı mənbəyi olmaqla yanaşı, dünya əhalisinin 28%-i üçün məşğulluq imkanları, digər mühüm sənaye sektorları üçün xammal və qlobal miqyasda 3,4 trilyon ABŞ dolları həcmində əlavə dəyər təmin edir”, - deyə o, qeyd edib.
Bundan başqa, O.Məmmədov bildirib ki, müxtəlif regionlarda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzlərində ödənişsiz təlimlər və məsləhət xidmətləri təşkil olunub: “İqtisadi və Sosial İnkişaf Mərkəzinin icra etdiyi layihəyə cəlb olunmuş fermerlərə də bu mərkəzlər biznes planlarının hazırlanmasında dəstək göstərib. Agentliyin önəmli dəstək mexanizmlərindən olan KOB dostları isə fəaliyyət göstərdiyi yerlərdə biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərir".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















