Dünyanın ən böyük pərakəndə satış şəbəkəsinin xalis mənfəəti 2 dəfə azalıb
Walmart-ın xalis mənfəəti fevral-oktyabr aylarında 2dəfə azalıbDünyanın ən böyük pərakəndə satış şəbəkəsi ABŞ-ın Walmart şirkətinin konsolidasiya edilmiş xalis mənfəəti 2022-2023-cü maliyyə ilinin ilk üç rübündə (fevral-oktyabr) təxminən 2 dəfə azalaraq 5 milyard 483 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Hesabat dövründə Walmart-ın ümumi gəliri illik müqayisədə 6,5% artaraq 447 milyard 241 milyon dollara çatıb.
Şirkət maliyyə ilinin üçüncü rübündə (avqust-sentyabr) bir il əvvəlki 3 milyard 132 milyon dollar mənfəətə qarşı 1 milyard 767 milyon dollar xalis zərər edib.
Şirkətin üçüncü rübdə ümumi gəliri 8,7% artaraq 152 milyard 813 milyon dollar təşkil edib.
Walmart 1962-ci ildə yaradılıb. Ən böyük qlobal pərakəndə satış şirkətinin baş ofisi Bentonvildə (Arkanzas, ABŞ) yerləşir. Şirkətin 28 ölkədə yerləşən 11,7 mindən çox mağazasında təxminən 2,3 milyon insan çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
11 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
12 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib
























