Gəncədə 489 traktor, 224 MAZ yük avtomobili istehsal edilib
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 483,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, məhsulun və xidmətlərin 94,4 milyon manatı, yaxud 19,5 faizi dövlət sektorunun sənaye müəssisələri, 389,2 milyon manatı, yaxud 80,5 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən is tehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6668 nəfər işçinin (dövlət sektorunda 3860 nəfər, qeyri-dövlət sektorunda 2808 nəfər) hər birinə verilən orta aylıq əmək haqqı 599,2 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 573,3 manat, qeyri-dövlət sektorunda 634,8 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 388,6 milyon manati, yaxud 80,4 faizi qeyri-dövlət sektoruna aid olmaqla 440,3 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 115,8 milyon manat qida məhsulları istehsalı, 8,2 milyon manat içki, 222,0 milyon manat metallurgiya sənayesi məhsulları, 51,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 42,6 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində 135,0 ton makaron, 83,8 min dekalitr araq, 87,3 min dekalitr şərab, 489 ədəd traktor, 224 ədəd MAZ yük avtomobili, 17136,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 117 ədəd sair qoşqular və 6762 ədəd elektron, 123685 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2022-ci il yanvar-sentyabr ayları ərzində 27,4 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 15,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
15 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
15 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















