Şərifov maaşın vergiyə cəlb olunmayan hissəsinin artırılması təklifinə münasibət bildirdi - QƏBUL OLUNSA...
"Təklif qəbul edilsə, bu, dövlət büdcəsində 150 milyon manat itki ilə nəticələnəcək""Azərbaycanda əmək haqqının gəlir vergisinə cəlb olunmayan hissəsinin 2 500 manatdan 5 000 manata qaldırılması təklif edilir. Bu təklifi hərtərəfli dəyərləndirmək lazımdır".
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
"Hazırda gəlir vergisini dövlət və neft sektorunda çalışanlar ödəyir. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar isə sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər əmək haqqının 8 000 manata qədər olan hissəsi üzrə gəlir vergisi ödəməkdən azaddır. Bunu daha geniş kütləyə şamil etmək üçün məsələnin ilk növbədə maliyyə tərəfini hesblamalıyıq. İlkin hesablamalarımıza görə, təklif qəbul edilsə, bu, dövlət büdcəsində 150 milyon manat itki ilə nəticələnəcək. Söhbət, təxminən, 40 min nəfərdən gedir. Ona görə də gərək bunu hərtərəfli dəyərləndirək”, - nazir bildirib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
11 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 20 d. əvvəl
- 24 d. əvvəl
-
30 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır






















