IKEA-nın xalis mənfəəti 2022-ci maliyyə ilində 2 dəfə azalıb
Xərclərinin artması ilə əlaqədar olaraq IKEA-nın xalis mənfəəti 2022-ci maliyyə ilində 710 milyon avroya düşüb.İsveçin pərakəndə satış şirkətinin maliyyə hesabatlarına görə, IKEA-nın 2022-ci maliyyə ilində xalis mənfəəti 2021-ci maliyyə ili ilə müqayisədə 2 dəfə azalaraq 1,4 milyard avrodan 710 milyon avroya düşüb.
“İl üzrə xalis mənfəət 0,7 milyard avro (2021-ci maliyyə ilində 1,4 milyard avro) təşkil edib”, - Marja xəbər verir ki, şirkətin məlumatında deyilir.
Şirkət qeyd edir ki, əvvəlki illə müqayisədə mənfəətin azalması əsasən malların alış və daşınması xərclərinin artmasının nəticəsidir.
Şirkətin maliyyə ili üzrə cəmi gəlirləri ötən ilki 25,615 milyard avrodan 7,7% artaraq 27,578 milyard avroya çatıb.
Şirkətin maliyyə hesabatlarından belə çıxır ki, IKEA Rusiyadakı dörd istehsal müəssisəsində işçilərini ixtisar edib və onlar üçün yeni sahib tapmaq prosesinə başlayıb. Şirkət 2023-cü ilin əvvəlinə qədər Rusiyadakı aktivləri üçün alıcı tapacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
10 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
11 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib





















.jpg)



