"Nə üçün varlı deyiləm?" deyirsinizsə...
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Hələ də nə üçün varlı olmadığınızdan narahat olursunuzsa, cavabı bu xəbərdə
Yəqin ki, hələ də nə üçün varlı olmadığınıza narahat olursunuz. Bəlkə də səbəb olaraq, qənaət edə və ya xərclərinizi nəzarət altına ala bilmədiyinizi düşünürsünüz. Nəzəri olaraq pulun idarə edilməsi olduqca sadədir: Çox qazan, az xərclə. Ancaq insan olaraq beynimiz vərdişlərimizə və şərtlərə görə qərarlar verir ki, bu qərarlar pulla bağlı problemlərinizin də əsasını yaradır. "Marja" xəbər verir ki, "The Balance" saytında dərc olunan məqalədə sizi varlı olmağa imkan verməyən səbəblər sıralanıb.
"HƏR ŞEYƏ SAHİB OLACAĞAM" DÜŞÜNCƏSİNDƏN XİLAS OLUN
Əgər davamlı olaraq kifayət qədər pulunuzun olmadığını düşünürsünüzsə,həyata baxışınızı nəzərdən keçirməlisiniz. Günümüzün psixoloji dünyasına görə, "dar bir dünyagörüşü zamana baxışımızı məhdudlaşdıraraq uzun perspektivdə bizi çətin vəziyyətə salacaq ani və qısamüddətli qərarlar verməyimizə səbəb olur. Eynilə kredit kartları ilə xərc edərkən, o pulun uzun perspektivdə ödənəcəyini düşünməmək kimi".
ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT
Dar düşüncəli baxış məhrumiyyət duyğusunu (bir şeydən məhrum olmağı düşünmək) doğuraraq, yanlış qərarlar verməyinizə səbəb ola bilər. Məsələn, kifayət qədər sahib olmadığınızı düşündüyünüz şeylər üçün həddən artıq xərxcləyə bilərsiniz.
Belə bir baxışdan bir gecədə xilas ola bilməzsiniz, ancaq bu an sahib olduğunuz şeyləri yazmağa başlayaraq işə başlaya bilərsiniz. Həyatınızda nəyin əskik olduğuna deyil, nələrə sahib olduğunuza diqqət yetirin.
SİZİ PUL XƏRCLƏMƏYƏ İTƏLƏYƏN SƏBƏBLƏRİ TAPIN
Pul və xərclər ilə əlaqəmiz tamam şəxsidir. Amma pul xərcləməyimizə səbəb olan xüsusi hərəkətvericilər var. Olduğunuz yer, mühit və ya hisslərinizə görə dəyişən bu hərəkətvericilər normaldan daha çox xərcləməyinizə səbəb ola bilər. Məsələn, ən sevdiyiniz mağazanın qarşısından keçirsinizsə özünü alış-veriş etməkdən çəkindir.
MƏBLƏĞİ, MÜDDƏTİ ARTDI, FAİZİ AZALDI – NAĞD KREDİT
Bunun üçün, sizi pul xərcləməyə itələyən özünüzə xas səbəbləri tapmağınız olduqca mühümdür. Hansı şərtlər və hisslər sizi xərcləməyə itələyir? Bu hərəkətvericiləri bir yerə yazın və hərəkətlərinizi yenidən nəzərdən keçirin.
VƏRDİŞLƏRİNİZDƏN İMTİNA EDİN
Maliyyə vəziyyətinizi daha da yaxşılaşdırmaq üçün indiki həyat tərzinizi də dəyişməyiniz lazımdır. Ancaq çox insan dəyişiklik etməyə maraqlı deyil. Bir çox insanlar adətkar olduqları şəkildə yaşamağı üstün tuturlar. Əgər maliyyə vəziyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə hər zaman gördüyünüz şeylərin kənara çıxmalısınız. Borclarınızdan xilas olmaq və ya qənaət etmək üçün, adət etdiyiniz həyat tərzindən imtina etməlisiniz. Bunun üçün indidən bir şeylər etməyə başlayın. Ən böyük uğurlar, vərdiş etdiyiniz həyatın xaricində sizləri gözləyir.
MALİYYƏ PROBLEMLƏRİNİZLƏ ÜZLƏŞİN
İnsan olaraq, təzyiqlərdən və narahatlıq yaradan vəziyyətlərdən qaçma kimi bir davranış nümayiş etdiririk. Məsələ maliyyə vəziyyəti olanda da vəziyyət çox fərqli deyil. Dan Galai və Orly Sade tərəfindən aparılan araşdırmalar, investorların mənfi məlumatlardan və riskli vəziyyətlərdən qaçma meyli nümayiş etdirdiyini göstərir. Tədqiqatçılar bu mövqeyi "dəvəquşu effekti" adlandırır: Riskli maliyyə vəziyyətlərdən yayınaraq başınızı quma basdırmağınız bu risklərin mövcudluğunu qəbul etməməyiniz deməkdir.
Hər nə qədər bu araşdırma investorların mövqeyi ilə bağlı olsa da, digər maliyyə halları ilə yaxından əlaqəlidir. Kredit kartı balansınıza və bank hesabınıza nəzarət etməməyinizin səbəbi görəcəyiniz nəticənin sizi depressiyaya salmasından qorxduğunuz ola bilər.
"Dəvəquşu effekti"ndən xilas olmaq üçün maliyyə problemlərinizlə üzləşin. Problemləri görməməzliyə vurmağınız yalnız daha çox çətinlik yaradır. Problemlərinizi qəbul etsəniz maliyyə vəziyyətinizi daha yaxşı idarə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
5 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
5 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
6 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib



















