Fermer təsərrüfatı və peşə liseyi memorandum imzalayıb
“Yaşıl Çay” Fermer Təsərrüfatı MMC-yə məxsus təsərrüfat sahələrində dövlət-özəl əməkdaşlığı çərçivəsində bölgədə ilk dəfə olaraq birgə istehsalat və təlimlərin təşkil edilməsi vasitəsilə təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək mümkün olacaqdır.
Tədbirdə “Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yağubov çıxış edərək rəhbərlik etdiyi təsərrüfat barədə məlumat verib. Bildirib ki, 2006-cı ildə “Yaşıl çay” Fermer Təsərrüfatı MMCni yaradılıb:
“Mülkiyyətimizdə 150 hektar torpaq sahəsi vardır. Əsas məqsədimiz çayçılığı inkişaf etdirməkdir. Bu məqsədlə 2012- ci ildə 42 hektarda, 2014-cü ildə daha 19 hektar sahədə çay əkini keçirərək plantasiyaların ümumi həcmini 61 hektara çatdırmışıq. Təsərrüfatımızda 60-dan yuxarı işçi çalışır. İndiyədək həyata keçirilən bütün tədbirlər daxili imkanlar hesabına aparılıb. Şəxsi vəsaitimizlə xarici ölkələrdən müxtəlif növ traktorlar, qoşqular və digər texnikalar gətirmişik. Bu gün istər çayçılıqda, istərsə də heyvandarlıqda həmin mexanizmlərdən səmərəli surətdə istifadə edilir. Ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığın inkişafına da xüsusi diqqət yetiririk. Hazırda fermamızda qara malın sayını 17 başdan 300 başa çatdırmışıq. Bu sahəni inkişaf etdirməkdə əsas məqsədimiz çayçılığı ayağa qaldırmaq və daha da inkişaf etdirməkdir. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etdiyi 2015-ci ildə ilk dəfə olaraq 42 hektar çay sahəsindən seçmə üsulu ilə yaşıl çay yarpağı dərmişik. Uğurlarımıza baxmayaraq, aqrar sahə mütəxəssilərinə böyük ehtiyac duyulur. İnanırıq ki, bu əməkdaşlıq hər birimiz üçün faydalı olacaqdır”.
Lənkəran peşə liseyinin direktoru Afər Kərimov bildirib ki, “dövlətimiz tərəfindən peşə təhsilinə diqqət xeyli artıb. 2016-ci ilin aprel ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Həmin ilin dekabrında isə Peşə təhsilinin inkişafı üzrə Strateji Yol Xəritəsi hazırlanıb. Məktəbimizdə 2 ixtisas üzrə aqrar mütəxəssislər – “Geniş profilli mexanizator-maşınist” və “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermerlər” də hazırlanır. Bugünkü memorandumdan isə çox şey gözləyirik”.
Sonra memorandum imzalanıb. İmzalanma mərasimində Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsi, Lənkəran peşə liseyi və “Yaşıl çay” fermer təsərrüfatının əməkdaşları iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
10 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
19 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





























