"TuranBank"da Baş Direktor vəzifələrinə təyinatlar olub
TuranBank ASC-də Biznesin İnkişafı və Pərakəndə Bankçılıq üzrə Baş Direktorlar təyin edilib.
Marja.az saytının məlumatına görə Pərakəndə Bankçılıq üzrə Baş Direktor vəzifəsinə Rəhman Əliyev, Biznesin İnkişafı üzrə Baş Direktor vəzifəsinə isə Ramil Xəlilov təyin olunub.
Məsul şəxs olaraq Rəhman Əliyevə Pərakəndə Bankçılıq, eləcə də Məhsullar və Layihələrin idarə edilməsi Departamentlərinin, Ramil Xəlilova isə İnstitusional Bankçılıq və Marketinq, Hüquq Departamentlərinin, həmçinin Keyfiyyətə Nəzarətin Təşkili Şöbəsinin fəaliyyətləri həvalə edilib.
Məlumat üçün bildirək ki, Pərakəndə Bankçılıq üzrə Baş Direktor təyin edilən Rəhman Əliyev ümumilikdə bank sektorunda 18 illik təcrübəyə malikdir. O, 2004-cü ildən AccessBank-da müxtəlif vəzifələrdə çalışmış, 2013-cü ildən Komisyon Gəlirlərin İnkişafı Departamentinin, sonradan Qeyri-kredit Məhsullarının Satış və Bank xidmətləri Departamentinin direktoru kimi fəaliyyət göstərmişdir. 2020-ci ildən etibarən Rəhman Əliyev fəaliyyətini TuranBank-da davam etdirərək Satış Departamentinin direktoru, 2022-ci ilin fevral ayından sözügedən təyinata qədər isə TuranBank-da Satış üzrə Baş Direktorun müavini vəzifəsini icra edib.
Biznesin İnkişafi üzrə Baş Direktor təyin edilən Ramil Xəlilov ümumilikdə bank sahəsində 10 ildən artıq təcrübəyə malikdir. O, 2012-ci ildən etibarən TuranBank-da müxtəlif vəzifələrdə çalışmış, 2014-2017-ci illərdə isə Beynəlxalq Əlaqələr və Maliyyə İnstitutları ilə İş Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərmişdir. Qeyd edək ki, Ramil Xəlilov 2017-ci ildən sözügedən təyinata qədər TuranBank-da Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsini icra edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
34 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)









.jpg)





