"Embafinans" kreditləşməni artırıb – TƏŞKİLATIN MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
"Embafinans" 2022-ci ilin 9 ayı üzrə maliyə göstəricilərini açıqlayıb.
Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC 2022-ci lin 9 ayını (yanvar-sentyabr) 2 milyon 709 min manat xalis mənfəət ilə başa vurub."Embafinans"ın xalis mənfəəti 2022-ci lin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 7% artıb. Kredit təşkilatı ötən ilin yanvar-sentyabr dövrünü 2 milyon 529 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Embafinans"ın faiz gəlirləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 10% artaraq 6 milyon 372 min manat, haqq və komissiya gəlirləri isə 4% azalaraq 1 milyon 312 min manat təşkil edib.
"Embafinans"ın faiz xərcləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 6% artaraq 1 milyon 402 min manat, haqq və komissiya xərcləri 35% artaraq 484 min manat, inzibati və digər əməliyyat xərcləri 4% artaraq 2 milyon 412 min manat təşkil edib.
Beləliklə, Təşkilatın gəlirlərinin 509 min manat artmasına qarşılıq xərcləri 285 min manat artıb. Nəticədə, vergidən əvvəlki mənfəətdə 224 min manat artım yaranıb.
"Embafinans"ın cəmi aktivləri 2022-ci ilin 9 ayında 2021-ci ilin eyni dövrü müqayisədə 5% artaraq 41 milyon 657 min manata yüksəlib.
"Embafinans"ın kredit portfeli (müştərilərdəki cəmi kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin eyni dövrü müqayisədə 24% artaraq 37 milyon 627 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Embafinans" 15 milyon 762 min manat məcmu kapitala malik olub. Təşkilat 30 Sentyabr 2021-ci il tarixində 16 milyon 783 min manat məcmu kapitala malik idi.
BOKT "Embafinans" QSC sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşdirmə zamanı ilə istehlak və biznes kreditləri təklif edir.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
