Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyə Mərkəzi Bankı ilin sonuna inflyasiya proqnozunu yüksəldib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı ilin sonuna inflyasiya proqnozunu yüksəldib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2022-ci ilin son inflyasiya hesabatını dərc edib.

Marja xəbər verir ki, hesabatda 2022-ci ilin sonu üçün inflyasiya proqnozunu 65,2 faizə qaldırıb. Əvvəlki hesabatda TCMB-nin il sonu gözləntisi 60,4% idi.

Mərkəzi Bank qeyd edib ki, geosiyasi risklər qlobal təchizat zəncirlərinə mənfi təsir göstərir. Qlobal miqyasda maliyyə şərtlərinin sərtləşdirilməsi tendensiyası artır. Gələn il qlobal risklərin davam edəcəyi və dünya iqtisadiyyatına daha çox təsir edəcəyi gözlənilir.

Əmtəə qiymətləri üçüncü rübdən etibarən azalmağa başlayıb. Əmtəə qiymətlərinin aşağı düşməsinin inflyasiyanın səngiməsinə təsir edəcəyi gözlənilir.

Qlobal inflyasiyanın artması tendensiyası var. 2022-ci il üçün inflyasiya gözləntiləri bir çox ölkə üçün yuxarıya doğru yenilənib və bir müddət davam edəcəyi gözlənilir.

27.10.2022 12:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18