Azərbaycan və Rusiya nümayəndə heyətləri sərhəd-keçid məntəqələrinə baxış keçirdilər
Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində "Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar”, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində “Samur”, “Xanoba” sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan tərəfdən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin başçıları daxildir. Rusiya tərəfi isə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov, Dağıstan Respublikasının başçısı Sergey Məlikov və digər şəxslərdən ibarət heyətlə təmsil olunub.
Sonra Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli əlaqələri, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini, nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın inkişafı məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb. Qeyd edilib ki, sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, keçid imkanlarının artırılması, prosedurların optimallaşdırılması baxımından önəmli addımlardır. “Xanoba” sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrinin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcəkdir.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Aleksey Overçuk sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.
Tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Dünya Qızıl Şurası qızılın qiymətini aşağı sala biləcək ssenarini açıqlayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
“İlin bankı” ABB oldu!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb
Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
Bank Respublika ilə Yeni il daha rahat!
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Kalshi-nin bazar dəyəri 11 milyard dollara çatıb
Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir

















.jpg)


