Agentlik “Technovate – SABAH Mələk İnvestorlar Klubu” ilə əməkdaşlığa başlayır
Azərbaycanda startap ekosisteminin dəstəklənməsi, o cümlədən erkən inkişaf fazasında olan startaplara “toxum” investisiyaların ayrılması üçün əlverişli mühit formalaşır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yerli startap ekosisteminin inkişafı istiqamətində ölkənin ilk rəsmi Mələk İnvestorlar Klubu olan “Technovate – Sabah Mələk İnvestorlar Klubu” ilə əməkdaşlığa başlayır.
Agentlikdən bildirilib ki, əməkdaşlıq çərçivəsində İRİA klubun insan resurslarının formalaşdırılmasına, idarəetmə xərclərinin qarşılanmasına və investorların səriştəliliyinin artırılmasına dəstək verəcək. “Technovate – Sabah Mələk İnvestorlar Klubu” öz növbəsində kluba üzv olacaq yeni investorların sayını əhəmiyyətli dərəcədə artırmaqla erkən inkişaf mərhələsində olan startaplara sərmayə ayrılmasını həyata keçirəcək.
Agentliyin rəhbəri İnarə Vəliyeva sözügedən əməkdaşlıqla bağlı bildirib:
“Ölkədə “Technovate – Sabah Mələk İnvestorlar Klubu” kimi ekosistem oyunçularının fəaliyyət göstərməsi olduqca vacibdir. Biz, ekosistem oyunçuları arasında proseslərin düzgün qurulması üçün öz vasitəçi rolumuzu və resurslarımızı təklif edərək startapların inkişafına dəstək olan mərkəzlərə köməklik göstərməyə həmişə hazırıq. İnanırıq ki, bu klub ilə başladığımız əməkdaşlıq Bakıda və regionlarda “Mələk investorlar” klublarının yaradılmasına güclü təkan verəcək və nəticədə innovativ ideyalarla çıxış edən startaplar investisiyalar əldə edərək öz məhsullarını xeyli inkişaf etdirə biləcəklər”.
“Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təsisçilərindən biri olan Fərid İsmayılzadə bildirib: “Çox şadam ki, Azərbaycanda yenicə fəaliyyətə başlamış “Mələk İnvestorlar Klubu”nun inkişafına və böyüməsinə dəstək göstərilir. Məqsədimiz investorlarla potensial startapları bir araya gətirərək səylə inkişaf etmək istəyən və texnoloji sıçrayışlara töhfə verəcək innovativ ideyaları dəstəkləməkdir. Əminəm ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində yerli startapların bir çoxunun “toxum” investisiyalara əlçatanlığı təmin olunacaq”.
Qeyd edək ki, sözügedən əməkdaşlıq çərçivəsində “Technovate – Sabah Mələk İnvestorlar Klubu” ən qısa zamanda 100-ə yaxın investoru klubun fəaliyyətinə cəlb edərək onların “toxum” investisiyalar yatırmaqla yerli startaplara yaxından dəstək göstərməsini təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















