"Technovate-Sabah Mələk İnvestorlar Klubu"nun İdarə Heyəti yaradılıb, sədr seçilib
"Technovate-Sabah Mələk İnvestorlar Klubu" İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin dəstəyi ilə İdarə Heyəti yaradıb və "Finkorp. Equity Investor"un yaradacısı Tamerlan Bayramlı sədr seçilib.
Marja.az xəbər verir ki, bu barədə Linkedİn səhifəsində “Technovate -Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə bildirib.
"Təxminən 4 ay əvvəl mən Bakıda olanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’arasında görüş olmuşdu. Bu görüşdə mən, Nazirliyin kluba edə biləcək dəstək barədə Nazirin müraciətinə cavab olaraq, klub özü öz ayağında durana qədər, özü- özünü maliyəşdirənə qədər İdarə Heyətinin yaradılmasında və onun xərclərinin qarşılanmasında kömək istəmişdim. Sağ olsunlar! Xahişimiz müsbət qarşılandı və məhz nazirliyin nəzdindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin dəstəyi ilə biz klub üçün İdarə Heyəti yaratmağa gərar verdik. AmCham modeli kimi bu işlə tam-vaxt məşğul olan profesional bir komanda mütləq idi. Bu dəstək Azərbaycanda startap və innovasiya ekosisteminə edilə biləcək ən gözəl dəstəklərdən biridir".
Fərid İsmayılzadə Tamerlan Bayramlının İdarə Heyətinin sədr seçilməsi prosesi barədə də məlumat verib:
"Bir müddət əvvəl bu İdarə heyətinə vakansiyanı elə Linkedİn-də elan verdim. Uzun prosesdən sonra biz Tamerlan Bayramlı-nı bu vacib vəzifəyə layiq bildik. Xahiş edirəm onu təbrik etməyə mənə qoşulun! O ölkəmizdə ilk belə vəzifəni yerinə yetirəcək birisidir. İşini mükəmməl görməsi üçün onu Amerikada Mələk İnvestorlar klublarının birində staja gətirməyi düşünürük. Onun əsas vəzifəsi klubu gündəlik idarə etmək, klub üzvlərini sayını 25-dən 100-ə qaldırmaq, klub üzvlərinin startup sərməyəsi barədə treyninqlərini təşkil etmək, xarici klublarla əlaqələr yaratmaq və əlbəttə ki həm ölkəmizdən həm də xaricdən startapları sərmayə yatırmaq üçün klub üzvlərinə təqdim etməkdir. Hər kəsdən bu çətin işdə ona dəstək verməyinizi xahiş edirəm. Bir müddət sonra biz ona köməkçi olacaq digər bir vakansiyanı elan edəcəyik.
Bundan ələvə korporativ idarə etmə ənələrinə sadiq qalaraq, klubda Direktorlar Şurası qurduq. Orxan Bağırov klubun həmtəsisçisi olaraq Şuranın daimi rəhbəridir. Şuranın digər üzvləri də klub üzvlərimizdən seçildi və onlar Nəriman Topçibaşev, Şaiq Qəribzadə, Rüstəm Qasımov və İlqar Mehtdir. Fürsətdən istifadə edib onlara bu işlə könüllü olaraq məşğul olmağa razı olduqlarına görə minnətdarlığımı bildirirəm. Mən inanıram ki, növbəti 1-2 il ərzində bu komanda klubu inanılmaz dərəcədə inkişaf etdirəcək".
Fərid İsmayılzadə vurğulayıb ki, aylıq maaşı xalis 10 min manatı keçən hər kəs bu tip klublardan fəal iştirak etməlidir:
"Mələk İnvestorla Klubu istənilən ekosistem üçün çox vacib elementdir. Amerikanı, Avropanı demirəm, qonşu ölkələrdə belə bu iş çox gözəl təşkil olunub. Çox ümid edirəm ki, ölkəmizdə bu klubların sayı artacaq və Agentliyin bizim kluba göstərdiyi dəstək digər klubların da yaranmasına dəstək olacaq. Hesab edirəm ki, Azərbaycanda aylıq maaşı xalis 10 min manatı keçən hər kəs bu tip klublardan fəal iştirak etməlidir. Hamı səhmlərə, hansısa tikintiyə və kafeyə sərmaya yatırmaq barədə üç aşağı beş yuxarı bilir. Amma artıq zamənə dəyişib. Startuplara sərmayə yatırmağı da öyrənmək lazımdır. Yüksək riskli olsa da, yüksək gəlirliyi dünyada ancaq startuplara yatırımlar vəd edə bilər. İldə 10-15 min dollar risk edə bilən ölkəmizin "PAŞA Holdinq", NEQSOL Holdinq kimi şirkətlərinin bütün "C-level" idarəçilərinin belə klublara üzv olmağa və ölkəmizdəki və ya xaricdəki startaplara yatırım etməyə çağırıram!"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
12 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
12 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
12 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
13 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
13 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
13 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























