SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub
(®) 2022-ci il oktyabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Şuşa qalasının qarşısında SOCAR əməkdaşlarını salamlayan Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli hər bir azərbaycanlının 30 il mədəniyyətimizin beşiyi olan Şuşanı görmək həsrəti ilə yaşadığını və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğaldan azad edildiyini, bu həsrətə son qoyulduğunu vurğulayıb. Bu gün Şuşada böyük quruculuq işlərinin aparıldığını bildirən Fəxrəddin Hacıbəyli xalqımıza məxsus tarixi abidələrin, milli mədəniyyət nümunələrinin bərpa edildiyini diqqətə çatdırıb.
SOCAR-ın əməkdaşı, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmiş Samir Əsgərov çıxışında Vətən müharibəsində iştirakından şərəf duyduğunu qeyd edib, keçdiyi döyüş yolundan, rəşadətli ordumuzun qəhrəmanlığından danışıb. O Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun əzəli və əbədi torparlarımızı işğaldan azad etdiyini, Azərbaycan xalqının ən böyük arzusuna qovuşduğunu ifadə edib.
Səfər çərçivəsində tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, burada neftçilərdən ibarət “Dalğa” instrumental ansamblının ifasında Qarabağa, Şuşaya həsr edilmiş kompozisiyanı, eyni zamanda “SOCAR Könüllüləri” tərəfindən səsləndirilən Vətən müharibəsi haqqında şeiri dinləyiblər.
Şuşa Bəyannaməsinin imzalandığı ərazidə bərpa-quruculuq işləri ilə tanış olan tədbir iştirakçıları, daha sonra Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini, həmçinin Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edib, Cıdır düzündə olublar.
Sonda SOCAR əməkdaşları Şuşada bişirilən Qala çörəyinin dadına baxıblar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























