Bakı İcra Hakimiyyəti 6 şirkət ilə təxminən 27 milyon manatlıq müqavilələr imzaladı - YENİLƏNİB
Dendrologiya parkı və Mərkəzi Nəbatat Bağı abadlaşdırılacaq."Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC keçirdiyi bir neçə tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, "Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması" ilə bağlı tenderin qalibi “Cronos Construction” MMC, "Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması" ilə bağlı tenderin qalibi “R.V. Yol İnşaat” MMC, "Bakı şəhəri ərazisində yerləşən parklarda abadlıq işlərinin həyata keçirilməsinin satın alınması" tenderinin qalibi “SKY Paradise Construction” MMC, ""Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya parkı"nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması" ilə bağlı tenderin qalibi "Az.Arixitektura" MMC, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması" ilə bağlı tenderin qalibi "Feniks-AA" MMC və “Xətai rayonu, 263 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yerinin və ətrafının abadlaşdırılmasının layihə-smeta sənədlərinin hazırlanması”nın satın alınması" ilə bağlı tenderin qalibi "Osmanlı İnşaat" MMC olub.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Cronos Construction” şirkətilə 13 milyon 449 min 827 manatlıq, “R.V. Yol İnşaat” şirkətilə 6 milyon 14 min 521 manatlıq, “SKY Paradise Construction” şirkətilə 6 milyon 582 min 988 manatlıq, "Az.Arixitektura" şirkətilə 312 min manatlıq, "Feniks-AA" şirkətilə 580 min 300 min manatlıq, "Osmanlı İnşaat" şirkətilə 16 min manatlıq müqavilə imzalayıb.
İmzalanmış müqavilələrin cəmi məbləği 26 milyon 956 min manatdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























