Yunanıstan da Azərbaycandan qaz ixracının artmasında maraqlıdır
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Yunanıstan Respublikasının ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlərə dair müzakirələr aparılıb.
Nazir Pərviz Şahbazov Azərbaycanda mövcud çağırışlara uyğun olaraq yaşıl enerji keçidi prosesi çərçivəsində görülən işlər barədə məlumat verib. Təbii qazın keçid dövründə əhəmiyyəti vurğulanıb və Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ilə nəzərdə tutulan Avropaya qaz ixracı həcminin ikiqat artırılması kontekstində ölkəmizdə qaz yataqları və ehtiyatları haqqında məlumat verilib. Avropaya təbii qazla yanaşı gələcəkdə “yaşıl enerji”nin də ixracının planlaşdırıldığı diqqətə çatdırılıb.
Konstantinos Skrekas Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Yunanıstan üçün böyük önəm daşıdığını qeyd edib. Nazir layihənin genişlənməsinə və qaz həcmlərinin artırılmasına yüksək maraq ifadə edərək, bu sahədə bağlantı kəmərlərinin əhəmiyyətini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























