“Azərbaycan xurma ixracında əsas bazarlardan birini itirib”
Rusiya-Ukrayna münaqişəsi səbəbbindən Azərbaycanın əsas xurma ixracı bazarlarından olan Ukraynaya tədarük demək olar ki, dayandırılıb.
Bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifov deyib.
Onun sözlərinə görə, Azərbaycanın xurma ixrac bazarında əsas iki ölkə böyük paya sahibdir:
“Həmin ölkələr Rusiya, Ukrayna bazarlarıdır. Hər il Ukraynaya birbaşa 25-30 min ton xurma ixrac edirdi. Digər tərəfdən də məhsul Rusiyanın Rostov şəhərinə ixrac edildikdən sonra, ixracatçılar Rostovdan da məhsulu rahatlıqla Ukrayna bazarına göndərirdilər. Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edirdi. Lakin Rusiya-Ukrayna münaqişəsinə görə Ukrayna bazarını demək olar ki, itirmişik”.
Q. Yusifov hesab edir ki, Rusiyada insanların maddi vəziyyəti ağırdır: “Ona görə də Rusiya bazarına ixracla bağlı dəqiq proqnoz vermək çətindir. Hələlik Rusiyaya gündəlik 400-500 ton xurma ixrac edirik. Lakin bu, böyük həcmdə deyil”.
Assosiasiyasiya sədri bildirib ki, bu il bütün rayonlarda xurma istehsalında su problemi yaranıb: “Fermerlər damlama suvarma sistemindən istifadə etmirlər, selləmə suvarmadan istifadə edirlər. Bu xurma mövsümündə fermerlər selləmə suvarma üçün su tapmaqda çətinlik çəkdilər. Eyni zamanda, hava həddindən artıq isti keçib. Bunun da xurma istehsalına böyük mənfi təsiri var. Məhsul var, lakin ixraca yararlı məhsul ötən illə müqayisədə 25 % azdır”.
Q. Yusifov əlavə edib ki, xurma istehsalında zərərvericilərə qarşı olan dərmanlar dünya bazarında bir neçə dəfə bahalaşdığına görə, bu istehsala təsirini göstərib: “Bu il ölkə ərazisində məhsuldarlıq Ağdaşda yüksək olub. Hazırda xurmanın rayonlarda topdan satış qiyməti 0,50-0,60 manatdır. Bu, ötən ilki satış qiyməti ilə demək olar ki, eynidir”.
Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 125 milyon 895 min ABŞ dolları dəyərində 174 min 158 ton xurma ixrac edib. Bu, miqdar baxımından 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 124 ton (0,09 %), dəyər baxımından isə 34 milyon 309 min ABŞ dolları (37,4 %) çoxdur.
Bu ilin 8 ayında isə Azərbaycan 29 milyon 669 min ABŞ dolları dəyərində 39 min 075 ton xurma ixrac edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)








.jpg)


