Mərkəzi Bank növbəti Maliyyə sabitliyi hesabatını yayımladı
2022-ci ilin I yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatı yayımlayıb.
2021-ci ildən etibarən Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi Maliyyə sabitliyi hesabatı hazırlanmasına və geniş ictimaiyyətə açıqlanmasına başlanılıb.
Hesabatın məqsədi maliyyə sektorunun sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsi və maliyyə sabitliyinin təmin edilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasət tədbirlərinin əks etdirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır. Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodlarından istifadə edilmişdir. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.
Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.
2022-ci ilin I yarımilinin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
