Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında Memorandum imzalandı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın qurulması, birgə fəaliyyətin təşkili istiqamətlərində görüləcək işlər barədə fikirlərini bölüşüb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov ictimai etimadın artırılması məqsədilə əlaqələrin genişləndirilməsinin önəmini, istehlakçıların hüquqlarının qorunmasının vəkillər üçün prioritet sahələrdən olduğunu qeyd edib.
Görüşdə Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında uzunmüddətli və effektiv əlaqələrin qurulması məqsədilə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda birgə seminar, konfrans və təlimlərin təşkili, istehlakçı hüquqlarına dair maarifləndirici vəsaitlərin hazırlanması, korporativ sosial məsuliyyət layihələri çərçivəsində əməkdaşlıq məsələləri öz əksini tapıb.
Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib.
Sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmləri” mövzularında seminar keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















