YIĞIM Azərbaycanda ilk dəfə internet və mobil tətbiq üzərindən “Google Pay” ödənişlərini mümkün etdi!
“Google” şirkəti ilə əldə olunan razılığa əsasən YIĞIM-ın internet ekvayrinq xidmətinə qoşulan Azərbaycan şirkətləri öz internet saytlarından, mobil tətbiqlərində və ya link üzərindən “Google Pay” sistemində yadda saxlanılan kartlarla ödənişlərini qəbul etmək imkanı əldə edəcəklər.(®) Dünyada ən populyar android ödəmə sistemi olan “Google Pay” vasitəsilə müxtəlif növ ödənişlər həyata keçirmək mümkündür. Lakin Azərbaycan daxilində öz biznesiniz üçün mobil tətbiq və ya veb sayt üzərindən “Google Pay” vasitəsilə ödəniş əldə etmək mümkünsüz idi.İndiyə kimi ancaq post terminalarla ödəniş funksiyası aktiv istifadə oluna bilirdi. Lakin “YIĞIM” bu sahədə daha bir yeniliyi tətbiq edir, şirkət öz müştəriləri üçün mobil tətbiqlər və veb sayt üzərindən də ödənişləri mümkün edərək ölkəmizdə bir ilkə imza atır.
“Google” şirkəti ilə əldə olunan razılığa əsasən YIĞIM-ın internet ekvayrinq xidmətinə qoşulan Azərbaycan şirkətləri öz internet saytlarından, mobil tətbiqlərində və ya link üzərindən “Google Pay” sistemində yadda saxlanılan kartlarla ödənişlərini qəbul etmək imkanı əldə edəcəklər.
YIĞIM-ın direktoru və həm-təsisçisi Vüqar Cəfərov bildirib ki, müştərilərimizin arasında ən tanınmış otellər, tur şirkətləri, kuryer, taksi, yemək çatdırılma və digər sahələrdən olan tanınmış brendlər də var. “Artıq bizim 200-ə yaxın müştərimiz sayt və mobil tətbiqlər üzərindən “Google Pay” istifadəçilərinin ödənişlərini qəbul edə biləcəklər. Bizim “Google” şirkəti ilə əldə olunmuş razılaşmamız var, inteqrasiya uğurla bitib və artıq müştərilərimizlə bu funksionallığın inteqrasiya prosesi başlanılıb”.
Bəs YIĞIM-a qoşulan müştərilər “Google Pay” üzərindən ödənişi necə qəbul edə biləcəklər?
Əvvəllər olduğu kimi YIĞIM tərəfindən təqdim edilən bütün ödəmə imkanları mövcud olaraq qalacaq. Bundan əlavə android və “google chrome” istifadəçiləri ödəniş edən zaman onlar üçün “Google Pay” vasitəsi ilə ödəniş düyməsi də aktiv olacaq. Kartını “Google Pay” hesabında yadda saxlayan müştəri həmin düyməyə keçid edərək asanlıqla ödəniş edə biləcək. Bu funksiya YIĞIM-müştərilərinin həm sayt, həm mobil tətbiq vasitəsilə, həm də link üzərindən olan ödəmə kanalları üçün aktiv olacaq.

Əlavə edək ki, YIĞIM bazarda 5 ildən çoxdur ki, biznesləri geniş ödəmə həlləri ilə sevindirir və bu müddət ərzində ən güvənilir və innovativ yenilikləri geniş ödəmə kanalları vasitəsilə öz müştərilərinə təqdim edir. “Google Pay” vasitəsilə veb üzərindən ödəniş qəbul etmə funksiyası da bu innovativ xidmətlərdən daha biri olacaq.
Bu sahədə bir çox beynəlxalq sertifikasiyaların sahibi olan YIĞIM “EY İlin İş Adamı” beynəlxalq müsabiqəsinin “Ən Yaxşı Müştəri Həlli” üzrə mükafatının qalibidir. YIĞIM həm də Azərbaycanda yeganə ödəniş sistemidir ki, “PCİ DSS Level 1” sertifikatı var. Bu sertifikat VİZA və Master tərəfindən tələb olunur və kredit kartı əməliyyatları ilə bağlı kartın qorunması, məlumatların ötürülməsi və işlənməsi ilə bağlı riayət edilməli olan təhlükəsizlik addımlarına ifadə edir. Bundan əlavə YIĞIM hər il audit yoxlamasından da uğurla keçir.

Nağd və nağdsız ödənişlərinizin sürətli qəbulu üçün vahid və etibarlı sistem olması ilə bərabər YIĞIM-ın müştəri yönümlü xidməti seçməsi şirkətin sahib olduğu müştəri portfolisonun sürətlə artmasına səbəb olur. YIĞIM-ın müştəriləri arasında 200-ə yaxın yerli və xarici brendlər var (“Wolt”, “Bolt”, “189 Taxi”, “ADA Universiteti”, “Dünya Məktəbi”, “tap.az”, “Medi Club”, “A-Group sığorta”, “World Telecom”, “Optimal Electronics”, “Qalaalti Hotel & Spa”, “Sea Breeze Resort”, “Excelsior Hotel Baku”, “SHAHDAG Hotel & Spa”, “Lankaran Springs Wellness” və s.).
Əlavə edək ki, əgər siz də öz biznesinizin bütün ödəmə kanallarına bir dəfəyə qoşulmasını istəyirsinizsə, YIĞIM-ı seçə bilərsiniz. Ətraflı məlumat üçün [email protected] email ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
49 d. əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
12 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
12 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
13 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu





















