Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın oyun studiyası yerli investordan sərmayə cəlb edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın oyun studiyası yerli investordan sərmayə cəlb edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən "PolyDream" oyun studiyası 4 milyon dollar dəyərləndirmə ilə 200 min dollar investisiya alıb.

Marja.az xəbər verir ki, bunu studiyanın rəhbəri Fariz Bədəlzadə bildirib. 

Onun sözlərinə görə, 200 min dollar yerli investordan oyunlardan əldə ediləcək gəlirin 5%-i qarşılığında cəlb edilib.

"200 min dollar oyun sənayesi üçün çox böyük vəsait deyil. Yenə bizim inkişafımızda böyük rol oynacağını və gələcəkdə xarici investorladan sərmayə cəlb etməyimizə kömək edəcəyinə inanırıq", - Fariz Bədəlzadə deyib.

Xeyli müddətdir fəaliyyət göstərən komanda 2022-ci ilin İyun ayından "PolyDream" adı altında fəaliyyət göstərir. İyunda 6 nəfər olan komandanın sayı hazırda 11 nəfərə çatıb. "PolyDream" komandası yeni VR oyunu üzərində çalışır.

"PolyDream" qlobal oyun bazarında adını yazdırmağı hədəfləyir. 

Fariz Bədəlzadə PolyDream oyun
10.10.2022 12:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18