"Səudiyyə Ərəbistanı neftdən ABŞ-a qarşı silah kimi istifadə etmir"
Səudiyyə Ərəbistanı neftdən ABŞ-a qarşı silah kimi istifadə etmir, OPEC+ neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyatın maraqları baxımından qəbul edilib.
Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr şənbə günü axşam Fox News-a müsahibəsində belə deyib.
"Səudiyyə Ərəbistanı neftlə bağlı qərarları siyasiləşdirmir. Neft silah deyil, döyüş təyyarəsi və ya tank deyil. Ondan atəş açmaq olmaz. Bizim üçün neft bir əmtəədir, dünya iqtisadiyyatı üçün vacibdir. "Səudiyyə Ərəbistanı bunu ABŞ-a zərər vermək üçün və ya hər hansı siyasi səbəblərə görə edir" fikirləri kökündən yanlışdır",- deyib.
"Səudiyyə Ərəbistanı alıcıların və neft hasil edən ölkələrin xeyrinə neft bazarında sabitliyi qorumaq istəyir", əl-Cubeyr bildirib.
Rəsmi qeyd edib ki, dünyada iqtisadi artım yavaşlayır, ona görə də OPEC+ üzvləri “enerji bazarında çöküş”ün qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi neft hasilatını azaldıblar.
ABŞ prezidenti Co Bayden daha əvvəl Rusiya və Səudiyyə Ərəbistanının hərəkətləri səbəbindən ABŞ-da benzinin qiymətinin qalxması ilə bağlı fikir bildirib. Əl-Cübeyr bununla bağlı qeyd edib ki, qiymət artımı ölkədə uzunmüddətli neft emalı güclərinin çatışmazlığı ilə bağlıdır.
Oktyabrın 5-də Vyanada keçirilən görüşdə OPEC+ sazişinin iştirakçısı olan ölkələr neft hasilatını noyabr ayından sutkada 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıb.
Bayden daha əvvəl OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından məyus olduğunu bildirərək, Vaşinqtonun gələcək fəaliyyət üçün müxtəlif variantları nəzərdən keçirdiyini qeyd edib. Öz növbəsində, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, OPEC+ belə bir qərar qəbul edərkən Rusiyanın tərəfində olub.
Bayden: ABŞ-da benzinin qiyməti Rusiya və Səudiyyə Ərəbistanının hərəkətləri səbəbindən artır
ABŞ prezidenti Co Bayden hesab edir ki, ABŞ-da benzinin qiyməti Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının hərəkətləri səbəbindən artır.
“Əgər Respublikaçılar noyabrda keçiriləcək ara seçkilərdə Konqresə nəzarəti ələ keçirsələr, amerikalılar üçün qazandığımız bu tarixi qələbələr əlimizdən alınacaq. İstehlak səbətinin qiyməti artacaq, azalmayacaq. Və başa düşürəm ki, ərzaq qiymətləri qalxır. Mən benzinin qiymətini 1,6 dollardan çox aşağı sala bildim, lakin bu, Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının etdiklərinə görə hazırda yavaş-yavaş yüksəlir. Dərmanların, səhiyyənin və enerjinin qiymətləri artacaq”, - Amerika lideri cümə günü bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 16 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
4 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi















.jpg)






