“Araz” supermarketi Polşa brendi olan “Pepco” məhsullarını Azərbaycana gətirdi
(®) “Pepco” markalı ev əşyaları və geyimləri “Araz” Space superstore-dan əldə etmək mümkündür.
Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi müştərilərin məmnuniyyəti üçün yeniliklər etməkdədir. Növbəti addım Avropanın bir sıra ölkələrində satılan Polşa brendi “Pepco” məhsullarının Azərbaycana gətirilməsi oldu.
Artıq “Pepco” bütün çeşidləri ilə Hüseyn Cavid prospekti 17 A ünvanında yerləşən “Araz” Space superstore-da təqdim olunur. Bu, “Araz” supermarketin say etibarilə “Pepco” məhsullarının satışı baş tutan 17-ci filialı, ev əşyaları ilə yanaşı, geyim çeşidlərinin də təklif olunduğu ilk filialıdır. Açılış münasibətilə 3-4-5 oktyabr tarixlərində “Araz” bonus kartla alış-verişdə hər “Pepco” məhsuluna görə 1 bonus təklif olunur:
“Araz” supermarketlər şəbəkəsi 2011-ci ildən fəaliyyət göstərir. “Siz harada, “Araz” orada” şüarına sadiq olan supermarketlər şəbəkəsi hazırda ölkəmizin bir çox ərazilərində 300-dən artıq marketlə xidmət göstərir. “Araz” 7000-dən artıq əməkdaşı və Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə hər gün 350 mindən artıq müştərisinə öz xidmətlərini təqdim edir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq 2022-ci ildə təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









