Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini asanlaşdıracaq
Azərbaycanla Pakistan arasında Tranzit Ticarət Sazişinin imzalanması üzərində iş aparılır.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib.
"Azərbaycanla Pakistan bir-birilərinin qonşuluğunda yerləşmirlər. İki ölkə bir-birinə məhsul göndərmək üçün digər ölkələrin sərhədindən keçməlidirlər. Ona görə də bu cür sazişin imzalanması çox mühümdür. Bu saziş Azərbaycanla Pakistan arasında məhsulların göndərilməsi zamanı gömrükdə işi asanlaşdıracaq. İki ölkənin hökumətləri sənəd üzərində fəal iş aparır. Ümid edirik ki, sazişlə bağlı işlər tezliklə yekunlaşacaq”, - deyə o, qeyd edib.
Bundan başqa, səfir əlavə edib ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir.
“Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri çox deyil. Mövcud rəqəmin tezliklə artacağına inanırıq. Çünki biz çox vacib iki sənəd üzərində işləyirik. Ümid edirik ki, bu sazişlər tezliklə imzalanacaq, ikitərəfli ticarətimizdə böyük artım olacaq”, - deyə səfir qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6 % azdır.
Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















