Azərbaycan şirkətinin builki ixrac gəlirləri 100 milyon dollara yaxınlaşıb
Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 98 milyon 218 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Korporasiyadan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
8 aylıq ixracın 96%-dən çoxu ABŞ, Türkiyə, Rusiya, Belarus, Avropa İttifaqı və digər ölkələrin payına düşüb. O cümlədən ABŞ-a ixracın dəyəri 8,8 % artaraq 31 milyon 719 min ABŞ dolları olub.
"İstehsal edilən məhsulların miqdarının və çeşidinin artırılması, müasir texnologiyaların cəlb edilməsi, yüksək elm tutumlu alüminium məhsulların istehsalı məqsədilə texniki iqtisadi əsaslandırma tədqiqatları aparılıb, alüminium yayma texnoloji avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “ACHENBACH” şirkəti ilə birgə müəssisə yaradılıb ki, hazırda bu istiqamətdə layihə işləri aparılır. Eyni zamanda, Daşkəsən rayonunda yerləşən Zəylik Alunit yatağından istifadə etməklə gil torpaq və gübrə istehsalının, həmçinin, yerli neft koksundan istifadə etməklə alüminium istehsalının əsas xammalarından biri olan anod bloklarının istehsalının təşkil edilməsi istiqamətində xarici ölkə mütəxəssisləri cəlb edilməklə alüminium sənayesinin idxaldan azad edilməsinə yönəlmiş texniki iqtisadi araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























