Neft kəskin ucuzlaşıb - QİYMƏT 78 DOLLARADƏK DÜŞDÜ
Brent markalı neftin qiyməti 86 dollardan, WTI markalı neftin qiyməti isə 79 dollardan aşağı düşüb.18: 30 -Cümə günü Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin noyabr ayı üçün fyuçers müqaviləsinin qiyməti 24 yanvar 2022-ci ildən bəri ilk dəfə bir barel üçün 86 dollardan aşağı düşüb.
Marja xəbər verir ki, Brent nefti 5,01% dəyər itirərək 85,85 dollar/barelə qədər ucuzlaşdı.
Eyni zamanda WTI markalı neftin fyuçersləri 5,39% ucuzlaşaraq 78,99 dollar/barelə bərabər olub.
XXX
17:52 -Bir çox ölkənin mərkəzi bankının faiz artırması iqtisadiyyat ilə bağlı gözləntiləri pisləşdirdiyindən xam neft qiymətləri 5%-ə yaxın düşüb.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:50-də Brent nefti 4,6% ucuzlaşma ilə 86,44 dollardan, ABŞ xam nefti isə 5,1% ucuzlaşma ilə 79,10 dollardan ticarət olunub.
Qlobal iqtisadiyyatda yavaşlama gözləntiləri daha da güclənib. Həmçinin, Dolların bahalaşması bu valyutada satılan malları investor üçün baha edir.
ABŞ xam nefti (WTI) yanvar ayından bəri ilk dəfə 80 dollardan aşağı düşüb. ICE birjasında Brent markalı neftin qiyməti isə yanvarın 25-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.
ABŞ Federal Ehtiyat Sistemi (FED) çərşənbə günü keçirdiyi iclasda faiz dərəcələrini daha 75 bənd artırıb. Bank üçün inflyasiyanı nəzarət altında saxlamaq iqtisadi böhrandan daha vacibdir. İqtisadçılar bildirərlər ki, iqtisadi böhran olmadan və iş yerləri bağlanmadan inflyasiyanı aşağı salmaq mümkün olmayacaqdır.
Həmçinin, İngiltərə, Norveç və Cənubi Afrika kimi ölkələrin mərkəzi bankları da FED-i təqib edərək faiz artırıblar.
Nigeriyanın energetika naziri Timipre Silva bəyan edib ki, qiymətlər azalmağa davam edərsə, OPEC neft hasilatını yenidən azalda bilər. OPEC+ dünya iqtisadiyyatında yavaşlama ilə bağlı narahatlıqlar səbəbilə qiymətlərin enməməsi üçün bu ay bir ildən çox müddətdə ilk dəfə neft hasilatını azaldıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)




.jpg)





