İpoteka və istehlak kreditlərinin bütün şərtlərində yumşalma baş verib - MƏRKƏZİ BANKIN SORĞUSU
"Sektorda rəqabət mühiti ipoteka kreditləri üzrə standartların yumşalmasında əsas rol oynamışdır. Eyni zamanda müsbət iqtisadi gözləntilər, portfelin keyfiyyəti, bankların kapital və likvidlik səviyyəsinin komfort zonada olması da cari ilin II rübündə ipoteka kreditləri üzrə standartların yumşalmasına təsir göstərmişdir".
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair 2-ci rüb sorğusunun nəticələrində bildirilir.
Qeyd edilib ki, məzənnənin sabitliyinə, əhalinin ödəmə qabiliyyətinə və təminat riskinə dair gözləntilər kredit standartlarına təsir göstərməmiş, inflyasiya gözləntiləri sərtləşdirici təsir göstərmişdir. Cari ilin I rübündən fərqli olaraq II rübdə daşınmaz əmlak bazarı gözləntiləri də sərtləşdirici təsir göstərmişdir. Oxşar tendensiya istehlak kreditlərində də müşahidə olunur, lakin ipoteka kreditlərindən fərqli olaraq əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər istehlak kreditləri standartlarına sərtləşdirici təsir göstərir. Eyni zamanda istehlak portfelinin keyfiyyətinin də bu kreditlərə sərtləşdirici təsir göstərdiyi müşahidə edilir. İstehlak kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən amillər isə ipoteka kreditləşməsində də olduğu kimi yüksək rəqabət, müsbət iqtisadi gözləntilər, eyni zamanda, bankların yüksək kapital və likvidlik göstəriciləri çıxış edir.
II rübdə ipoteka və istehlak kreditlərinin bütün şərtlərində yumşalma baş vermişdir. Banklar yumşalmanı əsasən faiz dərəcələrinə münasibətdə etmişdirlər. Banklar məhdudlaşdırıcı meyarlar və kreditin maksimal müddəti xaric, digər kredit şərtlərində ipoteka kreditləri üzrə daha çox yumşalmalar etmişdirlər. İri banklar tərəfindən kredit şərtlərində yumşalmalar daha çox olmuşdur.
Cari ilin II rübündə həm ipoteka, həm də istehlak kreditləri üzrə tələb artmışdır. Tələb artımının əsas səbəbinin rəqəmsallaşmanın olduğu bildirilmişdir. Cari ilin I rübü ilə müqayisədə əsasən kiçik banklar ipoteka və istehlak kreditləri üzrə tələbin azalmasına təsir göstərən əsas faktor kimi digər banklarla rəqabətin olmasını bildirmişdirlər.
Əhalinin maliyyə vəziyyətinin dəyərləndirilməsi məqsədilə əhalinin borclanma səviyyəsinin cari ilin ikinci rübündə dəyişiklikləri də sorğulanmışdır. Sektorda bankların 35%-i borclanmanın dəyişmədiyini, 62%-i borclanma səviyyəsinin orta dərəcədə artmasını, 4%-i isə orta dərəcədə azalmasını bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
16 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
22 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























