DSX: Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib
Dövlət Sərhəd Xidməti Ermənistanın (DSX) təxribatı ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilmiş və atəş nöqtələri zərərsizləşdirilmişdir. Şəxsi heyət və hərbi texnika baxımından coxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilmişdir.
Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərmiş, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olmuşlar.
kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;
baş gizir Məmmədov Azər Mustafa oğlu;
baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;
kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;
kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;
kiçik gizir Babazadə Elşən Sahib oğlu;
baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;
baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
26 d. əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
1 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BLUE CITY uşaqların qayğısında!
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Rəsmi məzənnələr açıqlandı




















