Kredit almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb
"Bəzi özəl universitetlərdə təhsil haqlarının ilk il üçün tam ödənilməsi ilə bağlı narazılıqlar hələ də qalır. Nəzərə almalıyıq ki, həmin təhsil müəssisəsi öz maliyyəsinin idarə olunmasında müstəqildir. Bu səbəbdən hansısa təzyiq mexanizmi tətbiq edilə bilməz".
Bu fikirləri Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ali məktəblər təhsil haqqlarının toplanmasında müxtəlif mexanizmlərdən istifadə edə bilərlər: "Bu istiqamətdə əməkdaşlıq qurmuşuq. Xahiş edirik ki, yeni qəbul olan tələbələrə kredit almaları üçün imkan yaradılsın. Yanaşma əsasən qarşılıqlı əməkdaşlıq çərçivəsində olmalıdır. Belə olan halda dərhal həmin tələbənin təhsil haqqını köçürməyə çalışırıq. Lakin qaydaları dəyişib birinci kurs tələbələrinə təhsil haqqını birdəfəlik verə bilmərik".
"Bu günə qədər ali təhsil müəssisəsinə qəbul olmuş 3200 nəfər artıq kredit almaq üçün müraciət var. Onların qəbul olduqları müvafiq ali təhsil müəssisələrindən təsdiqini gözləyirik", - A.Paşayev deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
-
52 d. əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
15 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
Ən çox oxunanlar
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub





























