Dövlət Xidməti sahibkarları diqqətli olmağa çağırır
Sosial şəbəkələrdə bəzi fiziki və hüquqi şəxslər tərəfindən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının və mənşə sertifikatının verilməsi xidmətləri təklif olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür təkliflərlə üzləşən sahibkarları diqqətli olmağa çağırır və bu xidmətləri təklif edən vasitəçi fiziki və hüquqi şəxslərin xidmətlərindən istifadə etməmələrini tövsiyə edir. Bu cür faktlarla rastlaşan sahibkarların Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
"Məlumat üçün bildiririk ki, mənşə sertifikatlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının verilməsi yalnız İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətindədir. Sahibkarlıq subyektləri mənşə sertifikatlarını elektron qaydada İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) linkə keçid edərək ala bilərlər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyadan keçmək istəyən qurumlar isə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə müraciət etməlidirlər. Sahibkarlıq subyektləri uyğunluq sertifikatlarını vermək səlahiyyəti olan qurumların siyahısı barədə məlumatları “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/database/certification-organization) əldə edə bilərlər",- Dövlət Xidmətinin məlumatında bildirilir
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır və qanunsuz xidmətləri təklif edən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























