Rusiya neftinə maksimal qiymət müəyyən etmək istəyən G7-yə Moskvadan cavab
"Dost olmayan ölkələr Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq edərsə, Rusiya onlara neft satışını dayandıracaq".Yeddilər qrupunun (G7) ölkələri Rusiyanın ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədilə Rusiya neftinə qiymət tavanı tətbiq etməyə hazırlaşırlar.
Marja xəbər verir ki, bu barədə cümə günü Berlində keçirilmiş G7 dövlətlərinin maliyyə nazirlərinin görüşündən sonra verilən bəyanatda deyilir.
Bunun üçün geniş beynəlxalq koalisiya yaratmaq lazım gələcək. Əgər Rusiya öz nefitini müəyyən olunacaq maksimum qiymətdən yüksək qiymətə satmağa çalışsa, onun dəniz nəqliyyatı ilə daşınması üçün hər hansı xidmətin göstərilməsi qadağan ediləcək. G7 dövlətləri və geniş beynəlxalq koalisiyaya qoşulmaq qərarına gələn şəxslər Rusiyadan nefti müəyyən edilmiş limitdən aşağı qiymətə almalıdırlar. Bu halda tankerlərin sığortasına və daşıyıcıların maliyyələşdirilməsinə icazə veriləcək. Rusiya neftinin tavan qiyməti (maksimum qiymət) şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq. Bu qiymət daimi olmayacaq - lazım olduğu halda yenidən nəzərdən keçiriləcək. Hazırda real variant neftin qiymətini 60 dollar civarında məhdudlaşdırmağa çalışmaqdır.
Rusiya baş nazirinin müavini Aleksandr Novak G7-nin bəyanatından sonra bəyanatla çıxış edib
- Rusiya neftin qiymətinə məhdudiyyətlər qoymaq cəhdini absurd hesab edir, bu, dünya bazarını tamamilə məhv edəcək;
- Dost olmayan ölkələr Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq edərsə, onlara neft satışı dayandırılacaq;
- Rusiya Federasiyasının şirkətləri Rusiya neftinin idxalına Avropa İttifaqının embarqosuna hazırdır, Rusiya hasilat səviyyəsini saxlamaq niyyətindədir;
- Heç bir OPEC+ ölkəsi, Hindistan və Çin Rusiyadan neftə qiymət məhdudiyyətinin tətbiqi ideyasını dəstəkləməyib;
- Rusiya Federasiyası indi sata bildiyi qədər neft hasil edir, vəziyyət yaxşılaşır;
- Rusiya 2022-ci ilin sonuna kimi 520-525 milyon ton neft hasil edə bilər;
- Rusiyada neft hasilatı 7 ayda 3,3% artıb;
- Hazırda neftin yüksək qiymətləri bazarın vəziyyətini əks etdirir;
- Rusiya OPEC+ sazişinin 2022-ci ildən sonra uzadılmasının tərəfdarıdır, rus neftçiləri bu mövqeyi dəstəkləyir;
- OPEC+ çətin ki, sentyabrda keçiriləcək görüşdə sazişin uzadılmasını müzakirə etsin, lakin bu məsələyə payızda baxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
7 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
8 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib



























