Avropa İttifaqı telefon istehsalçılarına sərt qaydalar tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) Apple və Samsung kimi şirkətlər üçün smartfon və planşetlərinin batareya ömrünü uzatmaq və ehtiyat hissələrinə asan çıxışı təmin etmək üçün qanun hazırlayıb.
Avropa İttifaqı (Aİ) Komissiyası, enerjiyə qənaət və davamlılıq üçün ağıllı telefonlar və planşetlər kimi müxtəlif elektron məhsulların ekoloji təmiz olmaları üçün qanun layihəsini dərc edib.
Marja xəbər verir ki, qanun layihəsinə görə, sözügedən məhsulların enerji sərfiyyatı istifadəçinin razılığı olmadan əməliyyat sistemi proqram təminatının yenilənməsi və ya aparat yenilənməsindən sonra pisləşməyəcək.
Qanun layihəsində qeyd edilib ki, proqram təminatı yeniləməsi məhsulun performansına mənfi təsir göstərməməlidir.
Cihazlarda yeniləmənin rədd edilməsi nəticəsində heç bir performans dəyişikliyi olmamalıdır.
İstehsalçılar öz cihazlarını satışa çıxarıldıqdan sonrakı 5 il ərzində akkumulyatorlar, korpuslar, ekranlar, kameralar, düymələr, dinamiklər, mikrofonlar kimi 15 müxtəlif ehtiyat hissələrini peşəkar təmirçilərə (servislərə) təqdim etməli olacaqlar.
İstehlakçılar 5 il müddətində akkumulyator, ekran, korpus, və yaddaş kartı yuvası kimi ehtiyat hissələri əldə edə biləcəklər.
İstehsalçılar xarab cihazların təmiri üçün ağlabatan və mütənasib ödəniş tələb edəcəklər.
Cihazın akkumulyatorlarının tutumu 500 tam şarjdan sonra 83 faizdən aşağı düşməməli, 1000 tam şarjdan sonra isə 80 faiz tutumlu olmalıdır.
Aİ Komissiyası sentyabr ayı ərzində layihə ilə bağlı ictimai rəy toplandıqdan sonra tənzimləməni yekunlaşdıracaq.
Aİ daha əvvəl 2024-cü ilin payızına qədər üzv dövlətlərdə satılan smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda USB-C şarj portlarının istifadəsini məcburi edəcək qanun hazırlamışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 55 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
20 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan neftinin son qiyməti

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
Ən çox oxunanlar

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
