Maliyyə Nazirliyi Peşəkar Mühasib Sertifikatları ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Son illərdə idarəetmədə mühüm amil hesab olunan mühasibat uçotunun daha yüksək səviyyədə aparılması üçün peşəkar mühasiblər təbəqəsi yaradılması istiqamətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən bir sıra addımlar atılır.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, artıq bir sıra təşkilatların, o cümlədən büdcə təşkilatlarının baş mühasiblərinin peşəkar mühasib sertifikatına malik olması zəruri tələb kimi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa daxil edilmiş və baş mühasiblərin sözügedən sertifikatı əldə etmələri üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə müvafiq tədbirlər görülür.
2023-cü il 1 yanvar tarixdən etibarən büdcə təşkilatlarında baş mühasib vəzifəsində çalışan və bu vəzifəyə namizədlərdən Peşəkar Mühasib Sertifikatı tələb olunduğundan Maliyyə Nazirliyi tərəfindən Peşəkar Mühasib Sertifikatları ilə bağlı aparılan maarifləndirmə və təbliğat işləri çərçivəsində videoçarx hazırlanıb.
Videoçarxda Peşəkar Mühasib Sertifikatının verilmə prosesi, sertifikatın qüvvədə olma, əldə edilmə müddətləri və ardıcıllığı sadə və anlaşılan qrafik izah üzərində göstərilir.
“Peşəkarlığınızı Peşəkar Mühasib Sertifikatı əldə edərək təsdiq edin” şüarı videoçarxın ana xəttini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























