Ödəmə terminalları niyə yoxa çıxıb?
Digər neqativ hal online.bakikart.az ilə bağlıdır. Belə ki, yüklənən məbləğ karta dərhal yüklənmir. "BakıKart"ın rəhbəri Orxan Bayramov bu məsələyə dəqiq cavab verə bilməyəcəyini deyib.Avtobus dayanacaqlarının əksəriyyətindən "MilliÖn" ödəmə aparatlarının yığışdırılması sərnişinlərin narazılığına səbəb olub
Son vaxtlar paytaxtın avtobus dayanacaqlarında "BakıKart"ların balansının artırılması üçün nəzərdə tutulan ödəniş terminallarına, demək olar ki, rast gəlinmir. Bir-iki ay əvvələ qədər dayanacaqlarda mövcud olan terminalların bir çoxu yığışdırılıb.
Bu vəziyyət isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların narahatçılığına və narazılığına səbəb olub. Çünki dayanacaqlarda karta gediş haqqı vura bilməyən vətəndaşlar kimdənsə onun əvəzinə pul ödəməyi xahiş etmək məcburiyyətində qalırlar. Ya da müəyyən məsafə qət edərək metro stansiyalarına, terminalların olduğu başqa ünvanlara üz tuturlar.
Bəs bu vəziyyətin yaranma səbəbi nədir? Vətəndaşları narahat edən məsələ ilə bağlı kiçik araşdırma apardıq.
"Terminallar zərər verdiyi üçün yığışdırılıb"
"BakıKart"a ödənişlərin edilməsi iki sistemlə - "BakıKart" satış və yükləmə aparatlarında, həmçinin "MilliÖn" ödəmə terminalları vasitəsilə mümkündür. Hazırda "BakıKart" yükləmə aparatları əsasən metrostansiyalarda quraşdırılıb. Avtobus dayanacaqlarında isə "MilliÖn" terminalları ilə sərnişinlər kartlarının balansını artırırlar. O da həmin terminalları tapa bilsələr...
"BakıKart"ın rəhbəri Orxan Bayramov yükləmə aparatları ilə bağlı sualımıza cavabında bildirdi ki, hazırda "BakıKart" sisteminə inteqrasiya olunan 1350 "MilliÖn" ödəmə terminalları mövcuddur. Terminallar olmayan dayanacaqların yaxınlığındakı marketlərdə də ödəmə aparatları qoyulub. O.Bayramov ödəniş terminallarının sayının artırılıb-artırılmayacağı məsələsi ilə bağlı isə Bakıda bu istiqamətdə təkmilləşdirmə işlərinin aparıldığını vurğuladı.
"MilliÖn" şirkətindən isə qəzetimizə bildirdilər ki, müvafiq ərazilərdən yığışdırılan terminallara zərər verildiyi üçün bu addım atılıb. Qeyd edildi ki, qoyulan terminallar vaxtaşırı sındırıldığına, oğurlandığına, yararsız hala salındığına görə əvvəllər yerləşdirildiyi dayanacaq məntəqələrindən götürülüb. Beləliklə də, onların sayı azalıb.
Görünən odur ki, aidiyyəti qurumlar məsələnin həllini alternativ yollarda yox, birbaşa aparatları dayanacaqlardan götürməkdə görüblər.
Onlayn ödənişlərdə də bəzi çətinliklər mövcuddur
Burada bir məsələ də diqqət çəkdi. Ödəniş terminallarından əlavə kartların balansını "online.bakikart.az" saytına daxil olmaqla da artırmaq mümkündür. Bunun üçün əvvəlcə portala daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Şəxsi kabinet yaratdıqdan sonra "BakıKart"ın nömrəsini və bank kartının məlumatlarını əlavə edərək ödəniş həyata keçirmək olar.
Kart balansı 2 üsulla - birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə artırıla bilər. Əgər kart kabinetə əlavə edilərsə, daha operativ ödəniş etmək imkanı yaranacaq. Ödənilən məbləğ kartın balansına bir saat ərzində oturur.
Növbəti neqativ bir hal da elə burada baş verir. Belə ki, kartın balansının onlayn artırıldığı zaman məbləğin karta dərhal yüklənməməsi vətəndaşlar arasında narazılığa səbəb olur. Çünki belə vəziyyətdə sərnişin dayanacağa yaxınlaşıb kartının balansını yerindəcə artırmaq istəyərsə, dəqiqələrlə dayanıb balansa pulun yüklənməsini gözləmək məcburiyyətində qalacaq. Eyni zamanda şəxsi kabinetdə kartın balansındakı məbləğ də göstərilmir. Bu kimi hallara görə "BakıKart"a onlayn pul yüklənilməsi heç də əlverişli hal kimi qiymətləndirilmir. Çünki nəqliyyat vasitəsi vətəndaşı gözləmir.
Bu məqamla bağlı suala cavabında isə Orxan Bayramov portaldakı vəziyyətin texniki məsələ olduğunu söyləyərək məsələyə dəqiq cavab verə bilməyəcəyini bildirdi.
Bir sözlə, məsələ ilə bağlı hər iki aidiyyəti qurumdan hazırkı vəziyyətin aradan qaldırılması üçün görüləcək işlərlə bağlı cavab almağa çalışsaq da, təəssüf ki, cəmiyyəti maraqlandıran məqamlara aydınlıq gətirilmədi. Belə görünür ki, hər kəs bu günün "nadir tapıntısı" olan ödəmə terminallarından əlini üzməlidir. Əks halda sərnişin gününü yükləmə aparatlarının axtarışına çıxmaqla keçirməli olacaq...
Aydan XƏLİLOVA,
"Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
19 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 25 d. əvvəl
-
30 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
39 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
Ən çox oxunanlar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb






















