Bank “Günay Sığorta”nın səhmdarı olub
"Günay Bank" ASC "Günay Sığorta" ASC-nin səhmdarı olub.
Marja.az xəbər verir ki, "Günay Sığorta" ASC hər birinin nominal dəyəri 1000 manat olan 1300 ədəd səhm buraxıb. Səhmlərin 800 ədədi "Günay Bank" ASC tərəfindən, 500 ədədi isə mövcud səhmdar Mahmud Məmmədov tərəfindən əldə edilib.
Satınalmadan sonra "Günay Sığorta" ASC-nin nizamnamə kapitalının 33,27%-i Mahmud Məmmədova, 58,31%-i Yeganə Şirinovaya, 8,42%-i "Günay Bank" ASC-yə məxsusdur.
Əvvəllər "Günay Sığorta" ASC-nin nizamnamə kapitalının 67,55%-i Yeganə Şirinovaya 32,45%-i Mahmud Məmmədova məxsus idi. Beləliklə, Şirkətdə Yeganə Şirinovanın payı azalıb, Mahmud Məmmədovun payı artıb.
Onlar həm də "Günay Bank"ın müvafiq olaraq 41,15%-lik və 58,22%-lik səhmdarlarıdır. Bankın səhmlərinin qalan 0,63%-i isə İran əsilli Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.
Qeyd edək ki, yeni səhm emissiyasından sonra Günay Sığorta" ASC-nin nizamnamə kapitalı 8,2 milyon manatdan 9,5 milyon manata yüksəlib.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
30 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)







.jpg)




