Dövlət Reklam Agentliyinin yaradılmasının əsl səbəbi məlum oldu - Dövlət büdcəsinə...
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda "Reklam haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklərin edilməsi müzakirə edilib.
Layihələrin müəllifləri adıçəkilən komitənin üzvləri Vahid Əhmədov və Əli Məsimlidir. V.Əhmədov açıqlamasında bildirib ki, "Reklam haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara təklif olunan dəyişikliklər ölkəmizdə Dövlət Reklam Agentliyinin yaradılması ilə əlaqədardır və reklam bazarının inkişafına xidmət edəcək. "Bu qanunlara dəyişikliklərin edilməsi olduqca zəruridir. Bilirsiniz ki, reklam sahəsində dil problemləri mövcuddur. Bundan başqa, reklamın yerləşdirilməsi və dizaynı ilə bağlı problemlər çoxdur. Bu problemlərin həllinə istiqamətlənmiş məsələlər qanun layihələrində əksini tapıb", - deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, il ərzində dövlət büdcəsinə reklamdan təxminən 55 milyon manat daxil olur, halbuki bu rəqəm 10 dəfə çox ola bilər:
"Bakı şəhərində reklam bazarı faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətində idi. İl ərzində dövlət büdcəsinə reklamdan 50-55 milyon manat daxil olurdu. Lakin bizim hesablamalarımıza görə, dövlət büdcəsinə reklamdan 450-500 milyon manata yaxın olmalıdır. Göründüyü kimi, ortada ciddi çatışmazlıqlar var. Bildiyimiz kimi, ölkə başçısının fərmanı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Mən bu quruma rəhbər təyin olunan şəxsi səriştəli, peşəkar bir insan kimi tanıyıram və bu qurumun gələcək fəaliyyəti ilə bağlı olduqca optimistəm. Dövlət Agentliyinin yaradılması reklam bazarına nəzarəti gücləndirəcək, dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olacaq. Ölkə başçısı mühüm addım ataraq bu qurumu yaratdı və bu qanun layihələrinin müəlliflərindən biri kimi mən prezidentə dərin minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, iyunun 20-də prezident İlham Əliyev Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin edəcək.
Həmin gün ölkə başçısının imzaladığı sərəncama əsasən Aydın İbadov Dövlət Reklam Agentliyinə direktor təyin edilib.
Qeyd edək ki, ötən gün keçirilən iclasda millət vəkilləri hər iki dəyişikliyi Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























