“Azərxalça”nın satışdan gəlirləri kəskin azalıb, böyük zərər ilə üzləşib
Dövlətə məxsus “Azərxalça” ASC 2021-ci ili 3 milyon 200 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 3 milyon 283 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, “Azərxalça” ASC-nin satışdan gəlirləri 2020-ci ildə 5 milyon 142 min manat ikən, 2021-ci ildə 1 milyon 607 min manata düşüb (3,2 dəfə azalıb).
Ötən il "Azərxalça" ASC-nin cəmi gəlirləri (faiz gəlirləri və sait gəlirlər daxil) 2 milyon 200 min 465 manat, cəmi xərcləri 5 milyon 399 min 990 manat təşkil edib. Qeyd edək ki, 2020-ci ildə “Azərxalça” ASC-nin cəmi gəlirləri 6 milyon 396 min 599 manat, cəmi xərcləri 9 milyon 679 min 285 manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində “Azərxalça” ASC-nin yığılmış zərəri 17 milyon 39 min manata çatıb. Yığılmış zərər ilə əlaqədar olaraq şirkətin 119 milyon 449 min manat cəmi kapitalı 102 milyon 411 min manata düşüb.
"Azərxalça" səhmləri Azərbaycan dövlətinə məxsus olan Açıq Səhmdar Cəmiyyətidir. “Azərxalça” ASC 2016-cı ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















