Bank Respublika “Google Pay” kontaktsız ödənişlərini istifadəyə verdi
(®) Müasir dövrdə demək olar ki, hər birimizin həyatında smartfonlar böyük və xüsusi rol oynayır. Bu cihazlar artıq həyatımızın istənilən aktivliklərində əvəzsiz köməkçimizdir. Səyahət etmək, müxtəlif tədbirlərə qatılmaq, restoranlarda nahar və istənilən yerdə rahat alış-veriş üçün smartfonlarda ödəniş və bonus kartlarını, səyahət biletlərini saxlamaq kimi bir çox imkanlar mövcuddur.
Bu gündən etibarən “Bank Respublika”nın kart sahibləri də Google Pay xidmətindən faydalana biləcəklər. İndi bank müştəriləri təmassız ödəniş texnologiyasını (NFC) dəstəkləyən Android və Wear OS əməliyyat sistemləri əsasında işləyən cihazlardan istifadə etdikdə, gündəlik alış-verişlərini tez və təhlükəsiz şəraitdə ödəyə bilərlər.
Google Pay istifadəçilərə mağazalarda (kontaktsız ödənişlərin qəbul edildiyi məkanlarda), tətbiqlərdə və internet üzərindən ödəniş edərək təhlükəsiz alış-veriş etmək imkanı verir.
“Bank Respublika”nın kart sahibləri Google Pay üçün kredit və ya debet kartlarını həmçinin bu gün ölkəmizdə istifadəyə verilən rəqəmsal pul cüzdanı olan Google Wallet-də saxlaya biləcəklər. Bir neçə təhlükəsizlik dərəcəsi ilə təchiz olunmuş Google Pay və Google Wallet xidmətləri ödənişləri daha təhlükəsiz edir.
Xüsusi tokonezasiya texnologiyası sayəsində ödəniş zamanı kartın nömrəsi və ya kart sahibinin digər məlumatları deyil, virtual kartın - yəni token məlumatları ötürülür. Token birbaşa cıhazınıza bağlanır və dinamik təhlükəsizlik şifrəsindən asılıdır, eyni vaxtda hər əməliyyat zamanı yenilənir.
Bu texnologiya kart sahibinin şəxsi məlumatlarını qorumağa imkan verir və telefonun itirilməsi və ya oğurlanması halında təhlükəsizliyinizi təmin edir. Siz asanlıqla “Cihazımı Tap” imkanından istifadə edərək, öz smartfonunuzu dünyanın istənilən yerindən dərhal bloklaşdırıb, yeni şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı tam silə bilərsiniz.
Yuxarıda qeyd olunan funksiyalar kartlarınız üçün nəzərdə tutulan bütün standart qorunma normalarını üstələyir.
Google Pay xidmətindən Google Wallet tətbiqini Google Play Store-dan yükləyərək və bankın Mobil Şöbə əlavəsi vasitəsi ilə istifadə edə bilərsiniz.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
48 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
12 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?





























