2022-ci ilin birinci yarısında Gəncənin əhalisi 504 nəfər artıb - DEMOQRAFİK GÖSTƏRİCİLƏR
Gəncə şəhərinin demoqrafik göstəriciləri açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ərazisi 125 kvadrat kilometri (rəsmi mənbələrdə 110 kv.km) əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci ilin yanvar-iyun ayları ərzində 504 nəfər artaraq 1 iyul 2022-ci il vəziyyətinə 336 min 298 nəfərə çatmışdır. Əhalinin 153 min 9 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 289 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (164 min 184 nəfər) kişilərdən, 51,2 faizi (172 min 114 nəfər) isə qadınlardan ibarətdir.
2022-ci ilin yanvar-iyun aylarında şəhərdə 1530 körpə doğulmuşdur. Doğulanların 843 nəfərini oğlanlar, 687 nəfərini qızlar təşkil edir.
2022-ci ilin 6 ayında 1131 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-iyun aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 790 nikaha daxilolma və 285 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-iyun ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 244 nəfər gələn, şəhərdən 139 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 105 nəfər təşkil etmişdir.
Gəncə Şəhərində yeni yaradılmış iş yerləri
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.
Gəncə şəhərində 2022-ci ilin birinci yarısında hüquqi şəxslər tərəfindən 491 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərinin 21,18 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,60 faizi mövcud müəssisə və təşkilatlarda, 1,22 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılmışdır.
Bu ilin birinci yarısında yeni yaradılmış 1405 fərdi sahibkarlıq subyekti qeydə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















