Azərbaycanda fəaliyyət göstərən Bankın rəsmi sahibi dəyişdi

"Yelo Bank"ASC-nin nizamnamə kapitalındakı iştirak paylarında dəyişiklik baş verib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova “Topaz Investments Limited” MMC-nin səhmlərini alaraq Bankdakı mövcud payını artırıb. Nəticədə Marina Kulişovanın səhm payı 98.91%-ə çatıb. Bununla yanaşı, Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov da artıq səhmdarlar sırasında yer alıb (0.99%). İsgəndər Xəlilovun səhm payı isə dəyişilməz olaraq qalır (0,10%).
Dəyişikliyədək Bankın səhmdarları “Topaz İnvestments Limited” QSC (95.68%), Marina Kulişova (4.22%) və “İSR Holdinq” MMC (0.10%) idi.“Topaz İnvestment Limited” MMC milyader Vahid Ələkbərov nəzarət edirdi. 312 milyon manat yığılmış zərərə görə "Yelo Bank"ın 378 milyon manatlıq nizamnamə kapitalı 66 milyon 622 min manata düşmüşdü.
Qərbin sanksiyalarına məruz qalan Vahid Ələkbərov "Lukoil" şirkətinin direktorlar şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. Vahid Ələkbərovun nəzarət etdiyi "Topaz İnvestment" şirkətinin "Yelo Bank"dakı payının satılması (və ya ötürülməsi) sanksiyalar ilə əlaqədar ola bilər.
Marina Kulişova 2016-cı ildən Yelo Bankın Müşahidə Şurasının sədridir, həm də “Topaz Investments”in direktorudur. Bankın daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması və rebrendinq prosesi onun dəstəyi və rəhbərliyi ilə həyata keçirilib.
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov Marina Kulişovanın səhm payının artırılmasının hələ 2019-cu ildə qəbul edilmiş transformasiya strategiyasının növbəti məntiqi addımı olduğunu qeyd edib:
"2016-cı ildən etibarən Yelo Bank-ın səhmdarı kimi Marina xanımın bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. O, öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. Bununla da Bankın transformasiya mərhələsindən uğurla keçməsinə öz töhfəsini verib. Onun rəhbərliyi ilə 2021-ci ildən başlatdığımız 3 illik strategiya planımızın hədəflərini bütün göstəricilər üzrə üstələməyi bacarmışıq. Bankın gələcəyi ilə bağlı gözləntilərimiz də olduqca optimistikdir. Səhmdarlar və rəhbərliklə birgə növbəti illərdə Yelo Bank-ın lider bankların arasında öz güclü mövqeyini qorumasını hədəfləmişik. Bankımız real sektora, xüsusən də regionlarda kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə və ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə davam edəcək."
Marina Kulişova da eyni zamanda bildirib ki, Yelo Bank Azərbaycanın bank sektorunda uğurlu rebrendinq strategiyasına görə parlaq nümunədir. Onun fikrincə, Bank bu illər ərzində güclü idarə tərkibi və peşəkar komandasının sayəsində uzun və səmərəli yol qət edib. Xanım Kulişova Bankın gələcəkdə də müxtəlif sahələrdə uğurlu layihələrinin davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan Respublikasının vətəndaşı olan Marina Kulişova Bakı şəhərində anadan olub. Ali təhsilini Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti) tamamlayıb. İngiltərənin Nottinqem Trent Universitetində bakalavr və magistr dərəcələrinə yiyələnib. 20 ildən artıq investisiyaların idarəedilməsi, strateji inkişaf və konsaltinq xidmətləri sahəsində geniş təcrübəyə malik olan Marina xanım Avropa Birliyi, Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq investisiya idarəetmə şirkətlərinin təsisçisi, eyni zamanda səhmdarıdır.
Müştərilərin xəbərləri

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
1 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa şirkətləri iqtisadi yavaşlamaya cavab olaraq iş yerlərini azaldırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 1-də gözlənilən hava şəraiti

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
