İpoteka krediti üzrə ilkin ödənişə dair tələb sərtləşdirilməyib - AÇIQLAMA
Daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə yumşaldılmışdır. Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən 85%-ə qaldırılmışdır (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə salınmışdır)
Mərkəzi Bank İpoteka kreditlərinin tənzimlənməsi ilə bağlı mətbuatda gedən məlumatların aydınlaşdırılmasına dair məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir:
Son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer almaqdadır.
Bununla əlaqədar olaraq bildiririk ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə yumşaldılmışdır.
Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən 85%-ə qaldırılmışdır (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə salınmışdır). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılmışdır. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir.
Qaydadan çıxarış:
4.9. Daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu zaman bankın bir borcalanının daşınmaz əmlak krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakılardan artıq olmamalıdır (KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır):
4.9.1. mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxsə yaşayış sahəsinin alışı üçün verildikdə və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə – KTN əmsalı 85%;
4.9.2. bu Qaydanın 4.9.1-ci yarımbəndinə aid edilməyən digər daşınmaz əmlak krediti üzrə – KTN əmsalı 70%.
Kreditin təminata olan nisbəti (KTN əmsalı) – kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalı;
Müştərilərin xəbərləri

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
-
9 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
15 d. əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
16 d. əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 25 d. əvvəl
-
33 d. əvvəl
Avropa şirkətləri iqtisadi yavaşlamaya cavab olaraq iş yerlərini azaldırlar
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qarabağ Universitetinin 3 fakültəsi üçün binalar tikiləcək

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib
