Auditor xidmətlərinin minimum qiymətləri müəyyən edilir - MƏCBURİ OLACAQ
2022-ci ilin 09 avqust tarixində Auditorlar Palatasında “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair” “Dəyirmi masa” keçirilib.
Marja xəbər verir ki, Palatanın icraçı direktoru və işçi qrupunun rəhbəri Səbuhi Gülməmmədov “Dəyirmi masa”nı açıq elan edərək iştirakçıları salamladı. Daha sonra gündəlikdəki mövzunun aktuallığına toxunaraq auditor fəaliyyətində haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, müstəqil auditə ictimai etimadın və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli iclasında 2022-ci il “Auditor fəaliyyəti sahəsində haqsız rəqabətə qarşı mübarizə ili” elan olunduğunu və Palata sədrinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə “Auditor xidməti sahəsində haqsız rəqabətin aradan qaldırılmasına dair Tədbirlər Planı”nın təsdiq edildiyini vurğulayıb.
Həmçinin, Səbuhi Gülməmmədov qeyd edib ki, Türkiyə təcrübəsini nəzərə almaqla, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya şərait yaradan hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, xidmət bazarında haqsız rəqabətə yol verilməməsi və sifarişçi təsərrüfat subyektlərində auditor xidmətlərinin dəyəri barədə obyektiv fikrin formalaşdırılması məqsədilə “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” Auditorlar Palatası sədrinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupu tərəfindən yenidən işlənib hazırlanmışdır. Yeni layihəyə əsasən minimum hədlərin tətbiqi auditor təşkilatları və sərbəst auditorlar üçün məcburi xarakter daşıyır.
Daha sonra Səbuhi Gülməmmədov sözü məruzəçi Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi. Nəcəf Talıbov “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair” cədvəl layihəsini “Dəyirmi masa” iştirakçılarının diqqətinə çatdıraraq cədvəldə qeyd olunan hər bir təsnifat üzrə ətraflı məlumat verdi.
“Dəyirmi masa”nın davamı olaraq iştirakçılardan idarə rəisi Elnur İbrahimov, “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslı, sərbəst auditor Azər Əliyev, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, sərbəst auditor Nazim Axundov, “ABAK-Az Crowe LTD” MMC-nin direktor-auditoru Zamin Hüsüeynov, “İnvest Finance” MMC-nin direktor-auditoru Anar Bayramov, sərbəst auditor Ənvər Aslanov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, sərbəst auditor İlham Süleyman gündəlikdə olan məsələ ilə bağlı suallarını və öz təkliflərini səsləndirdilər.
Suallar və təkliflər Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov tərəfindən əsaslı şəkildə cavablandırıldı və təkliflərin isə layihədə nəzərdə tutulan təsnifatlara uyğun olanı qəbul edilib.
“Dəyirmi masa”nın sonunda Palatanın icraçı direktoru və işçi qrupunun rəhbəri Səbuhi Gülməmmədov bu günkü peşəkar müzakirənin əhəmiyyətini bir daha vurğulayaq bildirib ki, beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”nin yenilənmiş layihəsi ölkəmizdə maliyyə şəffaflığının əsas təminatçısı olan auditin inkişafı, auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, haqlı rəqabətin bərqərar olması və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilməsinə, eyni zamanda auditor peşəsinin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə, auditin daha da təkmilləşdirilməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyin göstərilməsinə öz töhfəsini verəcəkdir.
“Dəyirmi masa”nın yekunu olaraq “dəyirmi masa” üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair” layihənin Palata Şurasının növbəti iclasında müzakirə olunmaq üçün təqdim edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
52 d. əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
1 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
Ən çox oxunanlar
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib
Rusiya Mərkəzi Bankının uçot dərəcəsini sabit saxlayacağı gözlənilir






















