“Moody’s” Azərbaycanın kredit reytinqlərini “Ba1”ə yüksəldib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borclar üzrə reytinqini “Ba2” səviyyəsindən “Ba1” səviyyəsinə yüksəldib.
Marja.az “Moody’s”in məlumatına istinadən bildirir ki, reytinq üzrə proqnoz müsbətdən sabitə dəyişdirilib.
“Reytinqin yüksəldilməsi son illər iqtisadi siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artmasında özünü göstərir. Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ağıllı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır. “Moody’s” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə dərinləşmiş inflyasiya risklərini azaldacaq”, - deyə məlumatda vurğulanır.
“Sabit” proqnoz Azərbaycanın iri aktivlərinin kredit qabiliyyətini tarazlaşdırır. Qonşu Ermənistanla münasibətlərdə geosiyasi gərginlik davam edir, Rusiya-Ukrayna hərbi münaqişəsinin sanksiyalar və ticarət və ya tədarük zəncirlərinin pozulması kimi fəsadları vəziyyətin pisləşməsi riskini yaradır.
Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə neftin qiymətinin ucuzlaşması fonunda baş vermiş böhrandan sonra Azərbaycan maliyyə idarəçiliyini yaxşılaşdırıb ki, bu da balansın möhkəmlənməsinə və borc yükünün ÜDM-in 20%-dən aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb. “Azərbaycan pandemiya zamanı antitsiklik xərcləri təmin etmək üçün dövlət borcu göstəricilərinin pisləşməsini məhdudlaşdırmaqla və büdcənin çevikliyini artırmaqla əhəmiyyətli büdcə ehtiyatlarından səmərəli istifadə edib”, - deyə agentlik qeyd edir.
“Moody’s” neftin qiymətinin yüksək olduğu dövrdə hökumətin yenidən baxılmış 2022-ci il dövlət büdcəsində göstərildiyi kimi, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərindən asılılığını məhdudlaşdıraraq maliyyə ehtiyatlılığını qoruyacağını gözləyir.
“Yeni fiskal qaydalar hökumətin qeyri-neft kəsirinin azaldılmasına və borc yükü həddinin müəyyən edilməsinə (ÜDM-in 20%-dək ) sadiqliyini təsdiqləyib”, - deyə agentlik vurğulayır.
“Moody’s”də hesab edirlər ki, ölkə hökuməti Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə dövlət müəssisələrinin borcuna nəzarəti gücləndirib. Korporativ idarəetmənin təkmilləşdirilməsi, maliyyə məlumatlarının açıqlanması qaydalarının tətbiqi kimi digər islahatlar davam etdirilir.
Agentliyin qiymətləndirmələrinə görə, “Moody’s”in ortamüddətli perspektivdə neftin bir barelinin 50-70 dollar olacağı ilə bağlı ehtimallarından irəli gələrək ARDNF-in aktivlərinin həcminin növbəti bir neçə il ərzində artmaqda davam edəcəyi gözlənilir.
“Moody`s” 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır
“Moody`s” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycanda ÜDM-in artımını 4% səviyyəsində proqnozlaşdırır.
“Rusiya ilə möhkəm ticarət əlaqələrinə baxmayaraq, Rusiyanın Ukraynaya hücumu iqtisadiyyata məhdud təsir göstərib: may ayında qeyri-neft ÜDM-i 11% artıb. “Moody`s” 2022-ci ildə Azərbaycanda real ÜDM-in 4% artacağını gözləyir. Azərbaycan koronavirus pandemiyası zamanı daha az resessiyaya və sabit valyutanın qorunmasına səbəb olan dayanıqlılıq nümayiş etdirərək Rusiya-Ukrayna böhranına karbohidrogenlərin yüksək qiymətləri ilə dəstəklənən güclü iqtisadi bərpa ilə qədəm qoyub”, - deyə agentlik qeyd edir.
“Moody`s” növbəti bir neçə il ərzində karbohidrogenlərin qiymətinin yüksək olması, neft hasilatı kvotasının (OPEC+ sazişi çərçivəsində) artırılması və qaz ixracının artması nəticəsində Azərbaycanın cari əməliyyatlar hesabında böyük həcmdə müsbət saldonun (ÜDM-in 15-20%-i) yaranacağını gözləyir.
“Moody`s”də ümid edirlər ki, bu yaxınlarda institusional potensialın yaxşılaşması ərzaq məhsullarının 20%-dək bahalaşması da daxil olmaqla, 14%-ə qədər artmış inflyasiyaya (12 ay ərzində - İF) təzyiqi azaldacaq. Hökumət də antiinflyasiya tədbirləri görüb. Agentlikdə hesab edirlər ki, əgər lazım gələrsə, hökumət ev təsərrüfatlarına ünvanlı dəstək göstərmək üçün əlavə fiskal ehtiyatlara malikdir.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
35 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
- 38 d. əvvəl
-
39 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 40 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
