Rusiya Türkiyə ilə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalayacaq
Putin “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb.Bu gün Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı haqqında memorandum imzalanması planlaşdırılır.
Marja xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə Ruiya Prezidenti Vladimir Putin açıqlayıb.
“Ümid edirəm ki, bu gün əldə etdiyi razılaşmaları nəzərə alaraq, ticarət-iqtisadi əlaqələrimizin inkişafı ilə bağlı müvafiq memorandum imzalaya biləcəyik”, - Putin bildirib.
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb.
“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri Türkiyə prezidenti ilə görüşü açaraq deyib.
Putin əlavə edib ki, “Türk axını” problemsiz işləyir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar.
Ərdoğan Soçidə Putinlə Suriya ətrafındakı vəziyyəti və Akkuyu atom elektrik stansiyasının tikintisinin başa çatdırılması layihəsini müzakirə etmək niyyətindədir.
"Bizim müzakirə edib nöqtəsini qoyacağımız mövzular Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq", - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
14 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nvidia-nın gəliri 73 faiz artıb
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























