Sumqayıtda nəhəng Data Center inşa ediləcək
"STDC" MMC Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində Data Center inşa edəcək. Bu barədə SKSP-dən məlumat verilib.
"Data Center-in tikintisi üçün şirkət park ərazisində 3,3 ha torpaq sahəsi alıb", - deyə məlumatda bildirilir.
Data Center-də Amerika və Avropa istehsalı olan müasir texnoloji və kommunikasiya avadanlıqları quraşdırılacaq.
Layihənin həyata keçirilməsi nəticəsində 100 daimi iş yeri açılacaq.
"STDC" MMC 2016-cı il iyulun 17-də qeydiyyatdan keçib və 2017-ci il martın 31-də parkın rezidenti olub.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.Parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
Parkın ümumi ərazisi 466,37 hektardır.
ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















