Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərini bir sistem üzərindən əldə etmək məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub.
Yeni təqdim olunanlar “Telefon üzrə ətraflı məlumat”, “Elektron sifarişlər barədə məlumat” və “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətləridir.
“Telefon üzrə ətraflı məlumat” xidməti çərçivəsində vətəndaşların adına olan stasionar telefon nömrəsi və həmin nömrə üzrə ünvan, qovşaq, müqavilə tarixi, qoşulduğu servis xidmətləri və borc məlumatları təqdim edilir.
“Elektron sifarişlər üzrə məlumat” xidməti vasitəsilə müvafiq xidmətlər üzrə ünvanlanmış elektron sifarişlərin icra vəziyyəti və əməliyyatın növü haqda məlumat almaq mümkündür.
İstifadəçilər “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətindən faydalanaraq yalnız öz adına olan stasionar telefon nömrəsi üzrə ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat əldə edə bilərlər. Təqdim edilən məlumatlarda danışıqların tarixi və saatı, müddəti, həmçinin danışıq aparılan nömrə və ödəniş məbləği öz əksini tapır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. Ümumilikdə 12 xidmət portala inteqrasiya edilib, digər 45 xidmətin yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulub.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 2 gün sonra
-
1 saat əvvəl
Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Könüllü sığorta bazarı 15 %, icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verildi
Şirkət kənd təsərrüfatı texnika və avadanlıqlarını satır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Ən çox oxunanlar
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
Trendyol ilin “Əfsanə günlər”ini elan edir
Nazir Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
Azərbaycanda meyvə bağlarına dəymiş zərərə görə rekord məbləğdə sığorta ödənişi edilib
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı









.jpg)




.jpg)

.jpg)




