"Azərbaycan üçün əlverişli neft qiymətləri 2022-nin qalan hissəsində və 2023-də də davam edəcək"
Beynəlxalq reytinq agentliyi "Standard & Poor's"un proqnozuna görə, Azərbaycan üçün əlverişli neft qiymətləri 2022-ci ilin qalan hissəsində və 2023-cü ildə də qalmaqda davam edəcək.
Agentlik qeyd edib ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır və hazırda əlverişli qlobal neft qiymətlərindən faydalanır:
"Neft və qaz ixracın təxminən 90%-ni təşkil edir və ÜDM-in təxminən 50%-ni təşkil edir. İndi biz proqnozlaşdırırıq ki, Azərbaycan üçün əlverişli ticarət şərtləri 2022-ci ilin qalan hissəsində və 2023-cü ildə də davam edəcək. Biz gözləyirik ki, Brent markalı neftin qiyməti 2022-ci ildə orta hesabla 102 dollar/barel, 2023-cü ildə 85 dollar/barel, 2024-2025-ci illərdə 55 dollar/barel olacaq. Paralel olaraq, OPEC+ ölkələri qrupu (Azərbaycanın da üzvü olduğu) 2021-ci ilin iyulunda əldə edilmiş razılaşmaya uyğun olaraq neft hasilatına dair kvotaları azaltmağa davam edib".
"Standard & Poor's" hesab edir ki, mövcud mühit Azərbaycanın iqtisadi, fiskal və tədiyyə balansı göstəricilərinə fayda verəcəkdir: "Bununla belə, uzunmüddətli perspektiv daha az əlverişli görünür. Azərbaycan 19-cu əsrdə sənaye üsulu ilə neft hasilatına başlamış dünyanın ən qədim neft istehsalçılarından biridir. Mövcud neft yataqları köhnəlir və hasilatın davamlı azalması müşahidə olunur. Məsələn, 2010-2021-ci illər arasında neft hasilatı 30% düşüb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















