Türkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçib
“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 361 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 232 min manat, tam 2021-ci ili isə 931 min manat xalis zərər ilə bağlamışdı. Bankın 2022-ci ilin birinci yarısındakı xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 232 min manat və ya 2 % artaraq 12 milyon 121 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 921 min manat və ya 29,7% artaraq 8 milyon 382 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-iyun dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 503 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 16 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 4 milyon 487 min manat təşkil edib. Əməliyyat mənfəətindən 2 milyon 477 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılıb, 649 min manat mənfəət vergisi ödənilib.
2021-ci ilin yanvar-iyun dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin cəmi əməliyyat gəlirləri 18 milyon 350 min manat, əməliyyat xərcləri 14 milyon 744 min manat, əməliyyat mənfəəti 3 milyon 606 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırma 3 milyon 372 min manat, mənfəət vergisi 465 min manat təşkil etmişdi.
2022-ci ilin yanvar-iyun dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 2 milyon 153 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 271 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığından əməliyyat mənfəəti 882 min manat daha çox olub.
BANKIN BİZNES KREDİTLƏRİ PORTFELİ DAHA ÇOX ARTIB
2021-ci ilin sonu ilə müqayisədə “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 45 milyon 990 min manat və ya 26,3% artaraq 30 iyun 2022-ci il tarixində 220 milyon 904 min manat təşkil edib. Cari ilin ilk 6 ayında Bankın biznes kreditləri portfeli 42 milyon 622 min manat və ya 36,3% artaraq 159 milyon 878 min manata, ipoteka kreditləri portfeli 2 milyon 717 min manat və ya 15,5% artaraq 20 milyon 224 min manata, istehlak kreditləri portfeli isə 651 min manat və ya 1,6% artaraq 40 milyon 802 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 76 milyon 305 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 74 milyon 316 min manat məcmu kapitala malik idi.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin səhmdarları Türkiyədə təsis edilmiş “Yapı və Kredi Bankası A.Ş” (99,8%), “YK Yatırım Menkul Degerler A.Ş” (0,01%) və “YK Lease AŞ”dir (0.01%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
8 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
8 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
13 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























